İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

posted in: Xəbər | 0

İcarəyəverənSual: Hüquqi şəxs olaraq vergi ödəyicisi olmayan fiziki şəxsdən obyekt icarəyə götürürəm. Müvafiq olaraq icarə haqqını fiziki şəxsə, ödəmə mənbəyindən vergini isə dövlət büdcəsinə ödəyirəm. Lakin fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən elektron qaimə təqdim etmir. Bu halda (yəni qaimə olmadan) mən fiziki şəxsə ödədiyim icarə haqqını gəlirdən çıxa bilərəm?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. Vergi ödəyicisi olmayan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə həmin şəxslərin Vergi Məcəlləsində nəzərdə tutulan qaimə-faktura və ya elektron qaimə-faktura təqdim etmək hüququ yoxdur. Bununla belə, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilə bilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədini xərc sənədi kimi nəzərə ala bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci və 71-1-ci maddələri, Mülki Məcəllənin 700-cü maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

15 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

 

şirkət ləğvi

  • “ORBİTA-SALON” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1600035961) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini 61 gün ərzində yazılı şəkildə, təsdiqedici sənədləri əlavə etməklə AZ1118,. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39/47 ünvanına – təsviyəçiyə bildirə bilərlər.
  • “VV PLUS VİP SERVICE” MMC (VÖEN: 1403832071) Ümumi Yığıncağı hüquqi səxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar iki ay ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1014, Bakı ş. Nəsimi r., S.Vurğun, ev 34 ünvanına bildirə bilərlər.
  • “İNTERNATİONAL REGAL CONSULTİNG” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1201929271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
Həmçinin bax: 3 xarici şirkət Azərbaycandan getdi
  • “İNTERAKTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443661) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “POZİTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “AZƏR İSTİSMAR SERVİS” MMC (VÖEN: 1701499961) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 73, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “YOL TEXNİK” MMC (VÖEN: 1701499011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı ş., Səbail r., Mehdi Hüseyn küç., ev 73, m.1 ünvanına bildirə bilərlər.
  • “FİNE FOOD AND CO.” MMC (VÖEN: 1401043051) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı ş., Səbail r., Mehdi Hüseyn küç., ev 73, m.1 ünvanına bildirə bilərlər.
  • “GLOBAL PROLİNE” MMC (VÖEN: 1503150801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı ş., Nərimanov r., Heydər Əliyev pros., ev 80/1, m.39 ünvanına bildirə bilərlər.
  • LEYLİ-ŞA KİÇİK MÜƏSSİSƏSİ (VÖEN: 3100066921) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Xırdalan ş., 28-ci məh. ev 26, m.4 ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “GRUP ALÜMİNYUM FASAD SİSTEMLƏRİ” MMC (VÖEN: 1401420851) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı ş., Nəsimi r., 20 yanvar., ev 21b, m. 39 ünvanına bildirə bilərlər.
  • “QUBA MİNİ MOTOR” ASC (VÖEN: 4500181351) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Quba şəhəri, Fətəlixan küçəsi 16 ünvanına bildirə bilərlər.
  • OTAK TURİZM OTELCİLİK İNŞAAT LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ (VÖEN: 1801711131) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, 359-cu məhəllə, Süleyman Rüstəm küçəsi 165 ünvanına bildirə bilərlər.
  • “İNTERNATİONAL LERANİNG CENTER” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1701180521) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 7, döngə 1, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “EMİL KAZIMOV VƏ PARTNYORLARI” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1101422791) təşkilati-hüquqi formasını dəyişərək “EMİL KAZIMOV VƏ PARTNYORLARI” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Qeyri-kommersiyaXidmətin adı: Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qeyri-kommersiya qurumunun və təhsil müəssisələrinin vergi uçotuna alınması haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənəd

– “Təsisçi-fiziki şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

– yenidən təşkil haqqında qərarın, təhvil aktı və ya bölünmə balansının surətləri (dəyişiklik qeyri-kommersiya qurumunun yenidən təşkil olunması ilə əlaqədardırsa)

– hüquqi ünvanın dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məktub (dəyişiklik ünvanla əlaqədardırsa)    

– “Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),       Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti:

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Qeyri-kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi:

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

(bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: ZZ Procurement MMC

Mühasib köməkçisi

Tələblər:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
– Satış və debitor hesabatın hazırlanması
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Məsuliyyətlik, Dəqiqlik qabiliyyətinin olması.
– MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
– Azərbaycan və Rus dili bilikləri;
– Əmək haqqı – 300 -400  manat
– İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək ( 6 cı gün 5 saat)
– Xanım namizədlər

Həmçinin bax: Bölgəyə 1 il iş təcrübəsi olan Mühasib tələb olunur

Ofis ünvani: Dərnəgül bazarı. Polisan MMC yaxınlığı

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə)  localtaxes2002@gmail.com / info@finstaff.az elektron poçt ünvanlarına göndərə bilərlər. Xahiş olunur  CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax: 1000 manat məvaciblə Mühasib axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.