Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Mühasib
İş yeri: Mingəçevir şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi.
Həmçinin bax: Agro Art Mühasib axtarır
Vəzifə öhdəlikləri:
– Mühasibat hesablarının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Bölgələrdən sənədlərin təhvili;
– Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi.
Tələblər:
– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– Logo Unity proqram biliyi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edilir.
Mənbə: jobsearch.az