Sual: Mən ikinci qrup əliləm. Muzdlu işlə əlaqədar əldə etdiyim gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?
Cavab: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı»nın 1.9-cu bəndində qeyd edilmişdir ki, «birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.
Həmçinin bax: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?
Qeyd olunan müddəalara əsasən:
İkinci qrup əlil olan şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirləri 200 manat məbləğində azaldılır.
Mənbə: vergiler.az
Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.