Azərbaycanda 9 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

 

şirkət ləğvi

  • “PİCASO AUTO” MMC (VÖEN: 1401514221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 3, mənzil 51 ünvanına bildirə bilərlər.
  • “NƏRMİN-2012” MMC (VÖEN: 2902819781) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Sumqayıt şəhəri, məhəllə 12 (Təzə Kotec) ev 118 ünvanına bildirə bilərlər.
  • “MERKİD” MMC (VÖEN: 1001287061) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., İqor Ağayev küçəsi, ev 3, m. 50 ünvanına bildirə bilərlər.
  • “MY FLY TOURİSM AND TRAVEL” MMC (VÖEN: 2004048271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Xətai r., Fəzail Bayramov küçəsi, ev 18, mənzil 37 ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “MM HOLDİNG“ MMC (VÖEN: 1303410221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Yasamal r., H.Cavid prospekti, 520-ci məhəllə, ev 21, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “FARM-PLAZA-V” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 4400494681) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Qəbələ rayonu, Böyük Pirəli ünvanına bildirə bilərlər.
  • “CARRERAS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401514221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba rayonu, Vladimirovka kəndi ünvanına bildirə bilərlər.
  • “Mİ-DÜVE” MMC (VÖEN: 1301612931) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 7, mənzil 143 ünvanına bildirə bilərlər.
  • “ACCURATE SIMPLE İNTELLİGENT SOLUTİONS” MMC (VÖEN: 2003853171) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 111, mənzil 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Azərbaycan Sənaye Korporasiyası” Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Azərbaycan Sənaye Korporasiyası ASC

İş barədə məlumat

– Şirkət fəaliyyətin bütün mühasibat proseslərin (inventarlaşma,istehsal üzrə məsrəfər,təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, kassa, bank, əmək haqqı, avanslar,xərclər, xidmətlərin uçotu və s.)
– Hesabatların tam, səliqəli işlənilməsi və sistematik olaraq yoxlanılması
– Vergi , DSMF hesabatlarının aylıq ,rüblük, illik hazırlanması
– İstehsal olunan və idxal olunan məhsulların kalkulyasiyası, istehsal və xidmət sahələrindən gələn hesabatların yoxlanılması
– 1C Mühasibat proqram təminatında gündəlik məlumat bazası üzərində iş və dövr daxili maliyyə hesabatlarının hazırlanması
– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il təcrübə
– Dil bilikləri: Azərbaycan və Rus dili
– Proqramlar: 1C (7.7 və 8.3) mürtləqdir
– MS Office – yüksək səviyyədə

Tələblər:

– Yaş həddi: 25-45
– İstehsalat sahəsində 5 ildən artıq iş təcrübəsi.
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Dil bilikləri: Azərbaycan və Rus dili
– 1C (7.7 və 8.3) proqramında işləmək bacarığı

Həmçinin bax: 1500 manat məvaciblə Mühasib tələb olunur

Vəzifələr:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

CV – lər yalnız Azərbaycan dilində hr@ask.gov.az / info@finstaff.az ünvanına göndərilməlidir.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“ASAN imza”nı necə əldə etməli?

posted in: Xəbər | 0

ASAN imza«ASAN imza» (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün mobil identifikasiyadır və bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. «ASAN imza»,  əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartıdır. Onunla şəxsiyyəti təsdiq etmək və sənədlərə rəqəmsal imza atmaq mümkündür.

SIM-kartın əldə olunması

«ASAN imza»  xidmətini mümkün edən SIM-kartı almaq üçün şəxsiyyət vəsiqəsi ilə «ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən «Azercell», «Bakcell» və «Nar» müştəri xidmətləri mərkəzlərinə müraciət etmək lazımdır. Abunə olandan sonra mobil telefona daxil etmək üçün buradan yeni «ASAN imza»  SIM kartı alınır. «ASAN imza»  PIN kodları kartın üzərində olur. Yadda saxlamaq lazımdır ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1, imza üçünsə PIN2 tələb olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

SIM-kartda elektron imza sertifikatlarının aktivləşdirilməsi

SIM-kartdakı elektron imza sertifikatlarını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etmək lazımdır. Bu zaman şəxsiyyəti təsdiqləyən sənədin (FIN nömrəsini daxil edən) olması mütləqdir. Sonra  sertifikatın alınması üçün müvafiq ərizə doldurulmalı və imzalanmalıdır.

Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının «Sənədlər» bölməsindən məlumat almaq olar. ASXM qeydiyyat ərizəsini təsdiqləyib məlumatı sistemə daxil etdikdən sonra Mərkəzin  qeydiyyat operatoru «ASAN imza»nın  şərtlərini izah edərək müqavilə formasını çap edir. Həmin müqavilə forması imzalanmaqla «ASAN imza»  xidmətinin şərtləri qəbul edilir və müraciət olunan sertifikatların alındığı təsdiqlənir. Bununla sertifikatlar aktivləşdirilir və «ASAN imza»  xidmətləri istifadəyə hazır olur.

«ASAN imza» sertifikatlarının üç növü var:

· fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları;

· hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan

fiziki şəxslər üçün elektron imza sertifikatları;

· dövlət qulluqçuları üçün elektron imza sertifikatları.

Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Bu sertifikatdan yalnız şəxsi identifikasiya üçün istifadə edilə bilər. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Yaşayış sahəsiSual: Fiziki şəxs 3 (üç) il ərzində qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

Cavab: Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Bu zaman fiziki şəxsin azı beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olunur.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin həmin Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin yaşayış yeri üzrə beş ildən az müddətdə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, yaşayış sahəsini satan şəxs beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış sahəsinin satışı sadələşdirilmiş vergidən azaddır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.