Azərbaycanda nizamnamə kapitalı 1 milyon manata yaxın olan MMC yaradıldı

posted in: Xəbər | 0

nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 907304 AZN olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Günəş-22”

Qeydiyyat nömrəsi (VÖEN): 2005392591

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 23/15.

Nizamnamə kapitalı: 907304 AZN

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Hacıyeva Aybəniz Əmiraslan qızı

Dövlət qeydiyyatına alındığı tarix: 2 noyabr 2018-ci il

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mən nə qədər əmlak vergisi ödəməliyəm?

posted in: Vergi, Xəbər | 0

əmlak vergisiSual: Abşeron rayonunda yerləşən və xüsusi mülkiyyətimdə olan yaşayış evinə görə nə qədər əmlak vergisi ödəməliyəm?

Cavab: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Abşeron rayonunda yerləşdikdə 0,3 manat tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin  200.1-ci maddəsinin müddəalarına uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin xüsusi mülkiyyətində olan və Abşeron rayonunda yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,3 manat tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi 30 kvadratmetrədək olduqda əmlak vergisi hesablanmır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyindən DSMF hesabatları ilə bağlı Xəbərdarlıq

posted in: Xəbər | 0

DSMF hesabatlarıVergilər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Dövlət Sosial və İşsizlik sığortası üzrə hesabatların 1 yanvar 2019-cu il tarixindən etibarən, Vergilər Nazirliyinə təqdim olunacağı barədə vergi ödəyicilərinə SMS bildiriş göndərilib: “Diqqət, 2018-ci ilin IV rübündən məcburi dövlət sosial və işsizlik sığortası üzrə hesabat 01.01.2019 tarixdən Vergilər Nazirliyinə təqdim olunmalıdır. Telefon 195”.

Lakin, Hesabatların formasında dəyişiklik olub-olmayacağı barədə hələ ki bir məlumat verilmir. Hesabatların son təqdim edilmə tarixinə 25 gün qaldığından, çox güman ki, son rübün hesabatları hələ ki, köhnə formada veriləcək.

2019-cu il üçün istehsalat təqvimi və iş vaxtı norması təsdiqləndi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu il üçün istehsalat təqvimi və iş vaxtı norması təsdiqləndi

posted in: Xəbər | 0

istehsalat təqvimi2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə  1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8  Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan  bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş  günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü, 12,13 avqust – Qurban bayramı,  9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi  istirahət günləridir.

2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır.

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.

 

 

Eyni zamanda faylı yükləyə bilərsiniz: 


Mənbə: www.mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.