Vergilər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Dövlət Sosial və İşsizlik sığortası üzrə hesabatların 1 yanvar 2019-cu il tarixindən etibarən, Vergilər Nazirliyinə təqdim olunacağı barədə vergi ödəyicilərinə SMS bildiriş göndərilib: “Diqqət, 2018-ci ilin IV rübündən məcburi dövlət sosial və işsizlik sığortası üzrə hesabat 01.01.2019 tarixdən Vergilər Nazirliyinə təqdim olunmalıdır. Telefon 195”.
Lakin, Hesabatların formasında dəyişiklik olub-olmayacağı barədə hələ ki bir məlumat verilmir. Hesabatların son təqdim edilmə tarixinə 25 gün qaldığından, çox güman ki, son rübün hesabatları hələ ki, köhnə formada veriləcək.