Dividend güzəştləri hansı vergi ödəyicilərinə aiddir?

posted in: Vergi, Xəbər | 0

Dividend güzəştləriVergi Məcəlləsinə edilmiş dəyişiklikdə dividend anlayışı yeni redaksiyada verilib.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.


Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

İqtisadçı ekspert Rəşad Əliyev qeyd edib ki, “dividend” anlayışının Vergi Məcəlləsində verilmiş yeni redaksiyası bu anlayışın əhatə dairəsini genişləndirir: “Əvvəllər “dividend” ancaq hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş hesab olunurdu. Anlayışın tərifinə edilmiş yeni əlavələrə əsasən, bundan sonra hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) və səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi vergiqoyma məqsədləri üçün dividend hesab ediləcək. Bunların hər birinin üstündə ayrıca dayanmaq lazımdır. Çünki burada edilmiş iki əlavə vergiqoyma prinsiplərində yeni qaydaların tətbiqini nəzərdə tutur.

Hazırda qüvvədə olan qanunla səhmlərin (payların) xalis mənfəət hesabına artırılan hissəsi mahiyyətcə dividend hesab edilir. Çünki bu hallarda nizamnamə kapitalının artırılması faktiki olaraq səhmdarların (və ya payçıların) hesabına, yəni onların dividend şəklində almaq hüququ olan vəsaitdən istifadə etməklə həyata keçirilir. Lakin “dividend” anlayışının Məcəllənin 13.2.15.ci maddəsində verilən əvvəlki redaksiyası bu cür əməliyyatlarda istifadə edilən vəsaitləri dividend kimi müəyyənləşdirə bilmirdi. Bu səbəbdən, həmin vəsaitlər dividend kimi vergiyə cəlb olunmurdu. Yeni əlavədən sonra nizamnamə kapitalının artırılmasına yönəldilən xalis mənfəət dividend kimi vergiyə cəlb ediləcək”.

R.Əliyevin sözlərinə görə, digər əlavə daha maraqlıdır: “Əvvəllər hüquqi şəxs ləğv edilərkən xalis mənfəət hesabına formalaşan əmlakın bölüşdürülməsi nəticəsində əldə olunan ödəniş (və ya digər formada əldə edilmə) dividend hesab edilmirdi. Bundan sonra isə xalis mənfəətin həcmi həddində bölüşdürülən hissə dividend kimi vergiyə cəlb olunacaq”.

MİSAL:

Tutaq ki, “AAA” MMC ləğv edilir və onun 1 təsisçisi var. MMC-nin nizamnamə kapitalı 100 min manat, balans üzrə toplanmış (əvvəlki və cari illər üzrə) xalis mənfəəti 50 min manatdır. Müəssisə ləğv olunanda təsisçiyə 140 min manat qalır. Təsisçinin nizamnamə kapitalına qoyduğu 100 min manat paydan artıq olan 40 min manat sərəncamda qalmış xalis mənfəət (yəni 50 min manat və ondan az) həddində olduğu üçün həmin məbləğ dividend hesab ediləcək.

R.Əliyev onu da vurğulayıb ki, bu dəyişikliklərin bəzi biznes subyektləri üçün heç bir təsiri olmayacaq: “Əslində, yeni dəyişikliklərə əsasən, bir sıra vergi ödəyiciləri dividend ödənişləri üzrə vergi güzəştləri alıblar. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslər dividend gəlirləri üzrə vergidən azad ediliblər”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hansı hallarda yol-nəqliyyat hadisəsi baş verdikdə hadisə yerinə yol polisi çağırılmaya bilər?

posted in: Xəbər | 0

Bu yazıda yol-nəqliyyat hadisəsi zamanı uzun müddət telefonda qalıb, Daxili İşlər Nazirliyi əməkdaşlarını və sığorta şirkətinin nümayəndələrini gözləməməyin mümkün olduğunu izah etməyə çalışacağıq.

Əksər tıxacların baş verməsinin başlıca səbəblərindən biri də cüzi zərər baş verdiyi halda, yol-nəqliyyat hadisəsi iştirakçılarının israrla yol polis əməkdaşlarını və sığorta şirkətinin nümayəndələrini hadisə yerində gözləmələridir.

Qüvvədə olan qanunvericiliyə görə isə hadisə iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü aşağıdakı tələbləri nəzərə almaqla hadisə yerinə yol polisini çağırmaya bilərlər.

– əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa,

– maddi zərər cüzidirsə

– nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa

– yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə,

hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq səlahiyyətli orqana gəlməlidirlər.


Telegram qrupumuza üzv olun

Səlahiyyətli orqana hadisə barədə məlumat verdikdən sonra hadisə iştirakçıları sığorta şirkətinə də məlumat vermək öhdəliyi daşıyır.

Xatırladaq ki, hadisə zamanı başqalarının hərəkəti və fəaliyyətinə maneə törətməmək üçün hadisə yerindən avtomobili tərk etmək qanunvericiliklə müəyyən edilmişdir. Bu səbəbi rəhbər tutmaqla, sığorta şirkəti ödənişdən imtina edə bilməz. Çünkü qanunvericiliyə görə aşkar faktlarla sübut olunan zərərlər mütləq ödənilməlidir.

Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, zərərin 1000 manatdan az olduğu və aşağıda sadalanan hallar baş verdiyi təqdirdə səlahiyyətli orqandan yol nəqliyyat hadisəsinin təfərrüatlarını əks etdirən arayışı alıb sığorta şirkətinə verməyə ehtiyac yoxdur. Bu arayış olmadan sığorta ödənişi verilə bilməsə də, qanunvericilik aşağıdakı şərtlərin hamısı mövcud olduğu zaman bu halı istisna kimi nəzərdə tutmuşdur.

– Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə

– hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

– hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

– hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə,

Bu zaman hadisə iştirakçıları tərəfindən tərtib edilən və yuxarıdaki şərtlərin mövcudluğunu təsdiq edən protokolun sığortaçıya təqdim edilməsi kifayət edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Azərtunel

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Sevinc Niftiyeva

Əmək haqqı: 1400 – 1500 AZN


Telegram qrupumuza üzv olun

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Əsas fondların, materialların, yanacağın, məhsulun, pul vəsaitinin və Cəmiyyətin digər qiymətlilərinin, istehsal və dövriyyə məsrəflərinin, məsrəf smetalarının icrası uçotunu aparmaq
– Balans və mühasibat hesabatlarını tərtib etmək
– Vaxtında dövlət vergilərinin ödənişini, gəlir və digər ayırmaları dövlət büdcəsinə köçürülməsini, habelə kreditor borclarının müntəzəm olaraq ödənilməsini təmin etmək
– Dürüst ilkin sənədlərin və uyğun mühasibat qeydlərinin əsasında mühasibat hesabatlarını tərtib etmək və vaxtında müvafiq orqanlara təqdim etmək və s
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Xanım namizədlər tələb olunur
– Ali iqtisadi təhsil
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– BTP, B1, B3, 1C 8.3., MS Excel, Microsoft Office proqramlarını mükəmməl bilməli
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində işləyənlərə üstünlük veriləcək)

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mikro sahibkarlıq subyekti əmlak vergisindən azaddırmı?

posted in: Vergi, Xəbər | 0

əmlakSual: ƏDV ödəyicisi olan hüquqi şəxsin 1.500.000 manat dəyərində əsas vəsaiti (qeri-yaşayış sahəsi) var. Hüquqi şəxs gəlirini tamamilə həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edir və illik gəliri 200.000 manatdan aşağıdır. İşçilərini sayı 5 nəfərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən hüquqi şəxs mikro sahibkarlıq subyekti olur. Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən bu hüquqi şəxs əmlak vergisindən azaddırmı?


Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki , Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan müəssisə aidiyyatı vergi güzəştləri əldə edə bilər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.