Bu dəfə Vergilər Departamentinin özünü yoxladılar

posted in: Vergi, Xəbər | 0

 VergilərHesablama Palatası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində nöqsanlar aşkarlayıb. 

“Report” bu barədə nəzarət əhatəsinə Sumqayıt şəhəri, Abşeron, Xızı və Siyəzən rayonları daxil olan Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində 2017-ci il və 2018-ci ilin I rübü üzrə vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın vəziyyətinə dair Hesablama Palatasının həyata keçirdiyi auditin nəticələrinə istinadən xəbər verir.

Departamentin hesabatlarına əsasən, vergi ödəyiciləri tərəfindən könüllü bəyan edilən vergi məbləğinin hesablanmalı olan ümumi vergi məbləğinin tərkibində xüsusi çəkisi 2017-ci il üzrə 43,4%, 2018-ci ilin I rübü üzrə 61,3% olub ki, bu da könüllü bəyanetmənin hələ də aşağı səviyyədə olmasının göstəricisidir.

Auditlə Departament üzrə proqnozun və yığımın tərkibində mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin payının artması, bəzi proqnozların real mənbələrə əsaslanmadan təsdiq edilməsi və dövlət büdcəsinə daxil olan vəsaitlərin real təyinatlar üzrə uçota alınmaması, potensial mövcud olan proqnozların isə ayrı-ayrı tədiyyə növləri və regionlar səviyyəsində kəsirlərlə yığılması, eyni zamanda proqnozların icrasına yerli mənbələrə aid edilməyən ödənişlərin də aid edilməsi halları aşkar olunub.


Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı


Proqnozların və yığım göstəcirilərinin fiziki şəxslərin gəlir vergisi, torpaq vergisi, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, eləcə də sadələşdirilmiş vergi üzrə real potensiala uyğun artırılması üçün vergi öhdəliklərinin müəyyənləşdirilməsinə mənfi təsir göstərən amillər əsasən vergi inzibatçılığındakı çatışmazlıqlarla əlaqədar olub, auditin gedişatında vergi orqanının elektron informasiya bazalarındakı məlumatlar üzrə əhəmiyyətli risk meyarları tətbiq olunmaqla vəziyyəti aktiv olan vergi ödəyicilərinin təxminən 20%-də vergi inzibatçılığı çərçivəsində vaxtında müvafiq tədbirlər görülməyən vergidən yayınma, vergi uçotunun pozulması, əsassız artıq ödəmə məbləğləri və ya faktiki mövcud olan əmlakların vaxtında vergi uçotuna alınmadığından borcların bağlanması üçün siyahıya alınmasının mümkün olmaması kimi müxtəlif məzmunlu uyğunsuzluqlar müəyyən edilib.

Audit tapıntıları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərdən tam istifadə etməməklə hesablaşmaların nağdsız qaydada aparılması, aksizli malların istehsalı, vergi bəyannamələrinə əlavələrin tərtib edilməsi, eyni zamanda idxal-ixrac əməliyyatlarının və sahibkarlıq məqsədilə alınmış kreditlərin vergi uçotunda əks etdirilməsi üzərində də vergi inzibatçılığının zəif təşkil olunmasını göstərib.

Səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin, o cümlədən xronometraj metodu ilə müşahidələrin rəsmiləşdirilməsi prosesində vergi ödəyicilərinin real gəlirlərinin müəyyənləşdirilməsinə mənfi təsir edən kənarlaşma hallarına yol verilməsi isə həmin yoxlamaların səmərəliliyinə əsaslı şübhələr yaradıb.

Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə Vergilər Nazirliyinə və 2 saylı Ərazi Vergilər Departamentinə Kollegiya Qərarının surəti göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.
Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kiçik mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Kiçik mühasibKiçik mühasib tələb olunur.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az / info@finstaff.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Kiçik Mühasib

Tələblər:

• Maliyyə-mühasibatlıq sahəsində ali təhsil
• Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• F3 Beynəlxalq sertifikatın olması arzuolunandır


Baş mühasib tələb olunur

Vəzifə öhdəlikləri:

• Debitor və Kreditor şirkətlərlə rekonsiliasiyanın aparılması;
• Korparativ satışlarla bağlı əməliyyatların qeydiyyatının aparılması;
• Avansların ödənişlərinin uçotunun aparılması;
• Departament rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində Kiçik Mühasib qeyd edərək CV formasını hr@kontakt.az / info@finstaff.az elektron ünvanına göndərmək xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nağdsız hesablaşma aparanlar üçün vergi güzəştləri necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0

NağdsızPərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər üzrə güzəşt müəyyənləşdirilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, satış əməliyyatlarını nağdsız qaydada həyata keçirən ticarət obyektlərinə 2019-cu ildən vergi güzəştləri tətbiq edilib. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti göstərən gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar da bu güzəştdən istifadə etmək hüququ qazanır. Həmin şəxslər tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən, fərdi sahibkar kimi gəlir vergisinin ödəyicisi olan mağaza sahibləri üçün nəzərdə tutulan güzəşt belə hesablanacaq:

Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.

Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20 faiz) təşkil edir. Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği azaldılır.
Əvvəlcə nağdsız dövriyyənin xalis çəkisini müəyyən edək:

(800/100) = 0,8 ) xalis çəki)

Gəlir vergisi nağdsız qaydada aparılan ödənişlərin xalis çəkiyə uyğun olaraq 25 faiz azaldılır:

0,8 x 25 faiz = 0,2
0,2 x 60 (gəlir vergisi) = 12 manat (güzəşt məbləği)
60 manat (ödənilməli məbləğ) – 12 manat (güzəşt məbləği) = 48 manat.

Mənbə: vergiler.az


Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sahibkar qadınlara kredit veriləcək

posted in: Xəbər | 0

Sahibkar qadınlar“İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti dövründə qadın sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən 103,8 mln. manat güzəştli krediti verilib”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, bu güzəştli kreditlər hesabına 8 500 iş yerinin yaradılması təmin edilib.

S.Məmmədov qeyd edib ki, hazırda ölkədə 4 200 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Mənbə: report.az


Mikro sahibkarlıq subyekti əmlak vergisindən azaddırmı?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.