Göstərdiyimiz xidmətə görə NKA çeki yoxsa mədaxil qəbzi verməliyik?

posted in: Xəbər | 0

NKASual: Yağdəyişmə xidməti göstərən servisdə VÖEN-ə malik usta (yeri özü icarəyə götürüb) müştərinin avtomobilinin yağını dəyişməsi ilə bağlı göstərdiyi xidmətə görə nəzarət kassa aparatı (NKA) istifadə etmədən müvafiq ciddi hesabat blankı olan mədaxil qəbzini müştəriyə təqdim edə bilərmi?

Eyni zamanda, yağdəyişmə zamanı istifadə etdiyi yağ satış sayılırmı? VM-nin 13.2.11-ci maddəsinə əsasən “Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.”

Burada istifadə olunmuş yağın dəyəri mədaxil qəbzində göstərilməlidirmi?

Ümumilikdə göstərilmiş bu xidmətə görə alınmış vəsaiti NKA olmadan mədaxil qəbzi ilə rəsmiləşdirmək olarmı?


ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

Cavab: Bildiririk ki, göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən mal ayrıca təqdim olunmursa xidmətin tərkib hissəsi hesab olunur. Qeyd olunan maddəyə əsasən sorğunuzda mühərrik yağı xidmət göstərilən zaman ayrıca təqdim edilmirsə xidmətin tərkib hissəsi sayılır və bu zaman xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Xidmət göstərilmədiyi halda mühərrik yağı ayrıca təqdim olunarsa pərakəndə ticarət fəaliyyəti hesab olunur və satış NKA tətbiq edilməklə həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV ödəyiciləri barter edən zaman əvəzləşmə necə aparılır?

posted in: Vergi, Xəbər | 0

əvəzləşməSual: İstehsal müəssisəsinin aldığı mal materialı satan hüquqi şəxs (malsatan) və həmin istehsal müəssisənin hazır məhsul alıcısı olan hüquqi şəxs (müştəri) eyni bir müəssisədirsə və aldığı mallara görə yaranmış kreditor, satdığı hazır məhsula görə yaranmış debitor, qarşılıqlı vəsait köçürmələri olmadan mal mübadiləsi formasında əvəzləşdirilə bilərmi? Bu zaman ƏDV köçürmələri və əvəzləşmələri hansı qaydada və nə vaxt aparılmalıdır?


Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

Cavab: Sorğunuzda qeyd edilmiş halda iki hüquqi şəxs arasında barter əməliyyatlarının həyata keçirildiyi qənaətinə gələrək bildiririk ki, ƏDV ödəyiciləri olan barter müqaviləsinin iştirakçıları tərəfindən malların təqdim edilməsinə görə tərəflər bir-birinə elektron vergi hesab-fakturası verməlidir. Belə ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur.

Bax: Vergi Məcəlləsinin 159.4-cü, 175.1-ci və 176.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1900 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Beta Azerbaijan

    • Şəhər: Bakı
    • Yaş: 30 – 55 yaş
    • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər

 Kiçik mühasib tələb olunur

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi-şənbə: 08:30-dan 18:00-dək
– Bazar günü – istirahət
– Nahar şirkət tərəfindən verilir 


 1800 manat məvaciblə Baş mühasib axtarılır

Namizədə tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılmasıCV-lərinizi foto ilə birlikdə post@beta.az / info@finstaff.az ünvanına “Baş mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: boss.az 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Stalinin oxşarı Mühasib imiş…

posted in: muhasibat, Xəbər | 0

MühasibStalinin neçə oxşarı olub, bunu heç kim bilmir. Bu dövlət sirri sayılırdı. Müxtəlif rəqəmlər, 12-dən 20-ə kimi, səsləndirirdilər. Rəhbər ilk dəfə Kirov öldürüldükdən sonra öz oxşarını axtarıb tapdırmaq zərurəti hiss etmişdi. Daxili işlər xalq komissarı Yaqoda yoldaş Stalinə bənzəyən şəxslərin axtarılıb tapılmasından ötrü ölkənin cənubuna adamlar yolladı. Və onları tapmaq mümkün oldu…

Onlardan biri də Vinnitsadan olan mühasib Yevsey Lubitski idi.

O. “xalqlar atasına” çox oxşayırdı. Hətta o da Stalin kimi sol əlini sıxmağa adət etmişdi. Lubitskinin ailəsini isə gizli olaraq Vinnitsadan çıxararaq, güllələdilər. Mühasibin özünü isə Moskva yaxınlığında gizli bir mənzilə yerləşdirdilər. Ora bərbər, dərzi, qrimçiləri göndərdilər. Və onlar hər şeyi elə yerinə yetirdilər ki, Yevsey bir damla su kimi rəhbərə oxşadı. Düzdür, Lubitskiy qəlyan çəkmirdi, amma bunu da öyrənməyə məcbur oldu. Ondan ötrü Stalinin məşhur qəlyanının kopyasını düzəltdilər.

Oxşarın hazırlıqları yarım ilə yaxın çəkdi. Artıq o, rəhbərin istənilən jestini yerinə yetirə bilirdi və ləhcəsini də dəyişdirmişdi. Yevsey ona təklif edilən bu rolu böyük həvəslə oynayırdı.

Nəhayət, oxşarın İosif Stalin qarşısına çıxmaq məqamı gəlib çatdı. Lubitskiy Kuntsevdəki bağ evinə gətirildi. Lubitskini görən Stalin ürəkdən qəh-qəhə çəkib güldü – ona elə gəlirdi ki, bu şəxs onun güzgüdəki əksidir. Hətta Yevseyi konyaka da qonaq etdi.

Sonra isə rəhbər yoxlama həyata keçirmək istədi. Yanına yeni daxili işlər komissarı Yejovu dəvət edir və özü isə qonşu otaqda gizləndi. Gözləri ilə oxşarı “yeyən” Yejov, “təsərrüfatdakı” işlər barədə raport verir, güllələnənlərin sayını söyləyirdi… Yoxlamada iştirak edən mühafizə rəisi bir neçə hövsələsiz jest etdi, görünür, baş çekistin kənar şəxsin yanında daha artıq şeylər söyləyə biləcəyindən ehtiyat edirdi. Yevsey – ağıllı insan idi – xalq arasında “qanlı cırtdan” kimi ad çıxaran ziyarətçini yola salmaqla bu məsələnin qarşısını vaxtında ala bildi.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.