Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi sahibkarlarımız üçün əlavə imkanlar açır

posted in: Xəbər | 0

Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır.

Bunu Sahibkarlar Gününə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Konstitusiya və Suverenlik”: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Elnur Əliyevin sözlərinə görə, bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamənin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir.

“Elə bu ay İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Çinə təşkil edilmiş səfər çərçivəsində Çin şirkətləri ilə imzalanmış investisiya layihələrinin ümumi həcmi təxminən 335 milyon ABŞ dolları təşkil edir ki, bu da ölkəmizin iş adamları üçün yeni fürsətlər yaradır”,- Elnur Əliyev qeyd edib.

Mənbə: vergiler.az

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

POS-terminalla ödənişlər həm biznes subyektləri, həm də istehlakçılar üçün sərfəlidir

posted in: Xəbər | 0

Müasir dövrdə nağdsız ödənişlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu da öz növbəsində nağdsız ödənişlərin daha rahat üsullarının meydana çıxmasına şərait yaradıb. İnnovasiyaların geniş tətbiqi sayəsində indi təmassız ödənişləri mobil telefon, ağıllı saatlar və müxtəlif elektron qurğular vasitəsilə icra etmək mümkündür. İstehlakçılar arasında isə nağdsız ödənişlərin kartdan karta köçürülməsi və POS-terminalla qəbul edilməsi üsulları daha geniş yayılıb. Hər iki üsul rahat görünsə də, aralarındakı fərqlər maliyyə şəffaflığı, vergi uçotu və hüquqi təminat baxımından ciddi nəticələr doğura bilər. POS-terminal vasitəsilə ödənişlər kartdan karta köçürmələrlə müqayisədə daha sərfəli, etibarlı və təhlükəsizdir.

POS-terminal vasitəsilə ödənişlər biznes subyektinə etimadı artırır

Düzgün uçot sisteminin formalaşması, şəffaflıq və hesabatlılığın təmin edilməsi biznes subyektlərinin fəaliyyəti üçün mühüm şərtlərdir. POS-terminal vasitəsilə ödənişlər ticarət zamanı bütün əməliyyatların qeydə alınmasına və mühasibat uçotunun düzgün aparılmasına imkan verir. Bu, biznes sahibini hüquqi müstəvidə risklərdən sığortalayır və cərimələrdən xilas edir.

POS-terminal vasitəsilə ödənişlər ticarət zamanı bütün əməliyyatların
qeydə alınmasına və mühasibat uçotunun düzgün aparılmasına imkan verir

İş dünyasında imic hər bir biznes subyekti üçün mühüm şərtdir. Müsbət imic müştərilərin artmasına və biznesin böyüməsinə ciddi təsir edir. Biznes subyekti rəqabətdə üstünlük qazanmaq üçün ödənişdən tutmuş məhsul keyfiyyətinə qədər bütün fəaliyyət zəncirində müştəriyönümlülük prinsipini əsas götürməlidir. Kartdan karta ödənişin istehlakçı hüquqlarının birbaşa pozulması olduğunu nəzərə alaraq, müştərinin POS-terminal vasitəsilə ödəniş etməsi üçün müvafiq infrastruktur yaratmaq lazımdır. Yəni sahibkar öz maraqları üçün istehlakçının hüquqlarını pozmamalıdır. İlk baxışdan bu, maliyyə üstünlüyü və gəlirlərin sərəncamda qalması kimi görünsə də, əslində, biznesin gələcəyi üçün ciddi təhlükədir. Kartdan karta ödəniş edilməsini tələb etmək maliyyə sanksiyası, etimadın itirilməsi və biznesin bazar mövqeyinin sarsılması ilə nəticələnə bilər.

Bir çox müştərilər nağdsız ödənişləri POS-terminaldan istifadə etməklə yerinə yetirməyin üstünlüklərindən xəbərdardırlar və belə müştərilər POS-terminalla təmin edilmiş ticarət mərkəzlərinə daha çox üstünlük verirlər. Beləliklə, POS-terminaldan istifadə ticarət nöqtəsinə məmnuniyyəti artırmağa kömək edir. Bu isə iş adamları üçün gəlirlərin artımı deməkdir. POS-terminal istifadə etməklə ticarət müəssisəsi müştərilərinə peşəkar və etibarlı xidmət göstərir. Kartdan karta ödəniş tələb etmək isə biznes barədə qeyri-peşəkar imic yaradır. POS-terminal vasitəsilə əməliyyatları asanlıqla izləmək və idarə etmək mümkündür ki, bu da biznesin idarə edilməsini sadələşdirir. Ödənişlərin qanunun tələbləri əsasında qəbulu, şəffaflıq, istehlakçı hüquqlarının qorunması, işgüzar etibar, loyallığın təminatı, hesabatlılıq və biznesi səmərəli idarəetmə kimi amillər POS-terminaldan istifadənin daha sərfəli olduğunu aydın şəkildə göstərir. Bu səbəbdən həm sahibkarlar, həm də müştərilər üçün nağdsız ödənişlərin daha müasir və etibarlı üsulu olan POS-terminaldan istifadə tövsiyə olunur.

POS-terminal vasitəsilə əməliyyatları asanlıqla izləmək və idarə etmək
mümkündür ki, bu da biznesin idarə edilməsini sadələşdirir

POS-terminal vasitəsilə ödənişlər istehlakçılara əlavə gəlirlər vəd edir

POS-terminal vasitəsilə ödənişlər istehlakçılar üçün bir sıra üstünlüklərlə səciyyələnir. İlk növbədə belə formada ödəniş etdikdə müştərilərin bank kartı məlumatlarının şifrələnməsi və güvənli sistemlər tərəfindən qorunması təmin edilir. Bu, alıcıların şəxsi məlumatlarının və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin edir. POS-terminal ödənişləri sürətli və asan şəkildə həyata keçirilir. Təhlükəsizlik, sürət, rahatlıq vəd edən bu ödənişlər həm də maddi üstünlüklər qazandırır. Məsələn, ölkəmizdə tətbiq edilən “ƏDV geri al” layihəsi zamanı alış-veriş çeklərinin üzərində olan QR kod vasitəsilə istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilirlər. Bu, ödəniş POS-terminal vasitəsilə icra edilən hallarda mümkündür. Üstəlik, POS-terminalla ödəniş istehlakçılara keşbek kampaniyalarından aktiv yararlanmaq imkanı verir. Ödənişi POS-terminalla edən istehlakçılar əldə etdikləri məhsulu dəyişmək və ya geri qaytarmaq istədikləri zaman çek təqdim etməklə bunu rahat edə bilirlər. Beləliklə, müştərilər özləri də bu üstünlüklərdən faydalanmaq üçün POS-terminalla ödənişə çalışmalıdırlar.

Göründüyü kimi, müasir texnologiyalarla təchiz olunmuş POS-terminallardan istifadə həm müştərilərə daha yüksək xidmət keyfiyyəti təqdim etmək, həm də biznes sahibləri üçün əməliyyatların təhlükəsiz və şəffaf şəkildə aparılmasını təmin etmək üçün ən səmərəli ödəniş üsuludur.

Mənbə: vergiler.az

Mühasibat uçotu haqqında qanunda dəyişiklik edilib

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

posted in: Xəbər | 0

Özümə məxsus VÖEN-i bağlatdırmışam, ancaq 16.04.2025-ci il tarixdə mənə mesaj gəlib ki, 26.04.2025 tarixdə fəaliyyətiniz aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Bu haqda ətraflı məlumat verməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Ximdətinin internet səhifəsindəki müvafiq bölməsindən əldə edə bilərsiniz.

Xidmətdən bildirilib ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Sorğuya cavab olaraq qeyd olunub ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri

Mənbə: vergiler.az

“Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

posted in: Xəbər | 0

“Əmək və məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsi genişləndirilərək yeni – “İşdən qısa müddətli icazənin alınması” adlı altbölmə əlavə olunub.

Yeni funksionallıq sayəsində işçilər sistem üzərindən birbaşa olaraq işəgötürənə qısa müddətli icazə üçün müraciət edə bilərlər. İşəgötürənlər bu altbölmə vasitəsilə illik və gündəlik icazə limitlərini, həmçinin icazələrin maksimum müddətini əvvəlcədən təyin etmək imkanına malikdirlər. Müvafiq limitlər müəyyən olunduqdan sonra sistemdə icazə müraciətlərinin qəbuluna başlanılacaq.

Yenilik işəgötürən və işçilər arasında operativ və şəffaf ünsiyyətin təmin edilməsinə, eləcə də kadr proseslərinin daha səmərəli idarə olunmasına xidmət edir.

Mənbə: vergiler.az

Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

1 179 180 181 182 183 184 185 2. 387