Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-mart ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2480 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1036 müraciət üzrə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 28,4 faiz, kredit məbləği isə 19,5 faiz artıb.

Verilən kreditlərin 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 50 min manatı güzəştli kreditlər, 78 min manatı isə mikrokreditlərdir.

Mənbə: vergiler.az

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

Azərbaycanda kameral vergi yoxlamaları ilə bağlı yeni dəyişiklik edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarına görə, “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına dair bəyannamə (hesabat) hər rübün sonunda – növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Bundan əlavə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı ölkədə fəaliyyətini müvəqqəti dayandırdıqda, ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizə və ya arayışda göstərilən tarixdən etibarən 30 gün ərzində, lakin qanunla müəyyən olunmuş son təqdimetmə müddətini keçməmək şərti ilə hesabat vergi orqanına təqdim olunmalıdır.

Qərarın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinə üç gün ərzində sənədin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Mənbə: banker.az

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

4SİM auditor seçib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 38 manatdır.

Iddiaçılar təkliflərini mayın 12-nə qədər 4SİM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 8 min manat ödənilib.

Mənbə: report.az

Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” auditor seçir

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 22 manatdır.

İddiaçılar təkliflərini mayın 1-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 269 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 1-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 min manatdır. Şirkət malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının verilməsi, Nazirlər Kabinetinin qərarına əsasən satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi, “Bir pəncərə” prinsipi əsasında mənşə sənədlərinin, eləcə də uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğuldur.

Mənbə: report.az

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

1 182 183 184 185 186 187 188 2. 387