Müəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu?

posted in: Xəbər | 0

Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəlliflik hüququndan istifadəyə görə müəyyən haqq ödənilir. Bu zaman aparılan royalti ödənişlərindən vergi tutulmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.42-ci maddəyə əsasən, Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

Buna əsasən, teatrda tamaşaya qoyulan əsərlərin müəllifi olan yazıçılara müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə aparılan royalti ödənişlərindən bu ilin əvvəlindən 5 il müddətinə vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 102.1.42-ci maddəsi

Mənbə: vergiler.az

Fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri

Mayın 1-dən etibarən “e-bülleten” sisteminə keçilir

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən tətbiq edilən innovativ yenilik olaraq, cari il mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri”  Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

Bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərat yaradır.

Mənbə: sosial.gov.az

Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlanıb

Fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri

posted in: Xəbər | 0

Bilmək istəyirəm ki, vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırmadan əvvəl rüblük hesabat verməlidirmi? Yoxsa, birbasa fəaliyyəti dayandırdıqdan sonra bəyannamə verilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin internet səhifəsində müvafiq bölməsdən əldə edə bilərsiniz. Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Sorğuya cavab olaraq qeyd olunub ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri

Mənbə: vergiler.az

Əmək münasibətləri ilə bağlı yeniliklər: əmək müqaviləsi, arayış…

Mühasibat uçotu haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605 (Cild I); 2024, № 1, maddələr 2, 11, № 7, maddə 764) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1-1.4-cü maddə əlavə edilsin:

“3.1-1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq büdcə təşkilatlarında.”.

2. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. “e-mühasibat” informasiya sistemi

4-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

4-1.1.1. bu Qanunun 15.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim edilməsini;

4-1.1.2. mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2025-ci il

Mənbə: president.az

1 181 182 183 184 185 186 187 2. 387