Hansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 123.4- cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur. Həmin vergi bu maddədə adı çəkilən sığorta müqaviləsinin xitam olunması halındamı tutulur? Həmin müqavilənin müddəti minimum 3 il olduğu halda da (xitam olunmadığı halda) vergi tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.9-cu maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq fiziki şəxsin qeyri-sahibkarlıqdan əldə etdiyi gəliri hesab olunur.

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azad edilir. Vergi Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 102-ci,116-cı, 123-cü maddələri

Mənbə: vergiler.az

Fermer təsərrüfatı işçilərinin vergi və sosial ödənişləri necə hesablanır?

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

posted in: Xəbər | 0

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir. 25 may 2025-ci il tarixinədək qüvvədə olacaq kampaniya çərçivəsində Umico kredit xətti istifadəçiləri 12 ayadək müddətdə kreditlə edilən bütün alış-verişlərini komissiyasız həyata  keçirmək fürsətindən yararlana biləcəklər.

Bu xüsusi təklif elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsulu əhatə edir. Müştərilər sevimli məhsullarını Umico market platformasında seçərək, sadəcə “Kreditlə al” düyməsini klikləyib şəxsi məlumatlarını daxil etməklə müraciətlərini tamamlaya bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3GV0CVK.

Qeyd edək ki, kampaniyadan həm yeni, həm də mövcud müştərilər yararlana bilərlər. 12 ayı keçən kredit müddətlərində isə komissiya faizləri əvvəlki qaydada qüvvədə qalır.

Kampaniyadan faydalanmaq üçün təqdim edilən ərizələrə cavab iş saatlarında 45 dəqiqə ərzində, qeyri-iş saatlarında isə növbəti iş günü saat 12:00-a qədər verilir.

Kommunal xidmətlərdən ƏDV-nin hesablanması zamanı vaxtın düzgün müəyyən edilməsi

Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun

posted in: Xəbər | 0

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir.

16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq.

Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.

Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.

Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinin inkişaf planını təqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında yerləşdiriləcək.

Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

Final mərhələsi isə 11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin  birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq.

Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/

Fermer təsərrüfatı işçilərinin vergi və sosial ödənişləri necə hesablanır?

Hansı hallarda işəgötürən hamilə qadınlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilər?

posted in: Xəbər | 0

Son illər hamilə və azyaşlı uşaqları olan qadınların işə götürülməsində maneələr müşahidə edilir. Bəzi işəgötürənlər həmin qadınların faydalı iş əmsalının aşağı olacağını düşünərək onlarla müqavilə bağlamaqdan imtina edirlər. Bəs qanunvericiliyin tələbi nədir? İşəgötürənlər hansı hallarda bu addımı ata bilərlər? 

Mövzu ilə bağlı suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırır.  

Əmək Məcəlləsinin 240-cı maddəsinin 1-ci bəndinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil edilmir.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Əmək Məcəlləsində müəyyən edilmiş iki halda işəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla əmək müqaviləsinin bağlanmasından imtina edə bilər:

– işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı halda;

– bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallar.

Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerləri dedikdə, aşağıdakı işlər nəzərdə tutulur:

– Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlər;

– Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan edilən zərərli istehsalat amilləri.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli Qərarı ilə “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edilən əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan edilən zərərli istehsalat amillərinin siyahısı”nın tətbiqi qaydaları təsdiq edilib.

Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların müəyyən edilmiş istehsalatlarda, vəzifələrdə (peşələrdə), yeraltı işlərdə və istehsalat amilləri olan iş yerlərində çalışdığı müəyyən edildikdə, qadının hamiləliklə bağlı fizioloji vəziyyəti və uşağının bir yaşınadək olması ilə əlaqədar hallar aradan qalxdıqda işəgötürən tərəfindən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 243-cü maddəsinə uyğun olaraq əsas vəzifəsi (peşəsi) üzrə orta əməkhaqqı saxlanılmaqla yüngül işə keçirilməsi təmin edilməlidir. Bu halda hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın hamiləliyini təsdiq edən tibbi rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim edir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2025-ci il nəşri

Mənbə: vergiler.az

Fermer təsərrüfatı işçilərinin vergi və sosial ödənişləri necə hesablanır?

1 177 178 179 180 181 182 183 2. 396