Kassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?

posted in: Xəbər | 0

Mən fərdi sahibkaram və kassa metodu ilə işləyirəm. Xidmətlə bağlı olaraq 2024-cü ilin dekabr ayında avans ödənişi almışam. Xidmət 2025-ci ildə göstərilib. Bu zaman gəlirin əldə edilməsi vaxtı hansı tarix olacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Bildirilib ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu, vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 132-ci, 133-cü maddələri

Mənbə: vergiler.az

Bazarlarda icarəyə götürülən obyektlərə və mülkiyyətçilərə hansı maliyyə sanksiyaları tətbiq ediləcək?

Azərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur

posted in: Xəbər | 0

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış şirkətlər və fərdi sahibkarlar barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb. Sənəddə həmçinin hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatının aparılması, bununla bağlı qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməsi nəzərdə tutulur. Bankların müflisləşmə və iflas prosesində olması dövlət qeydiyyatına alınarkən “Banklar haqqında” qanunun tələbləri nəzərə alınır.

Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaqdır.

İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcəkdir.

Bundan başqa, bildirilib ki, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Təklif olunan dəyişikliyə əsasən hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

Mənbə: report.az

Hansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?

Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir

posted in: Xəbər | 0

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir.

Bununla bağlı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Mənbə: report.az

Hansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?

Bazarlarda icarəyə götürülən obyektlərə və mülkiyyətçilərə hansı maliyyə sanksiyaları tətbiq ediləcək?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində bazarlarda olan icarə obyektlərinə iki halda maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub.

Birinci hal Vergi Məcəlləsinin 58.2-1-ci maddəsi ilə tənzimlənəcək. Məcəllənin həmin maddəsində edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) ǝks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 1

Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi obyektin girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) asmayıb. Bu halda, vergi orqanı Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisinə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

İkinci hal isə vergi orqanı tərəfindən bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə – idarəedicilərinə) tətbiq edilən maliyyə sanksiyalarını nəzərdə tutur. Vergi Məcəlləsinə əlavə olunmuş 58.15-2-ci maddəyə əsasən, bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdiyi halda, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə – idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2,000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Qeyd edək ki, Vergi Məcəlləsinin 16.11.11-15-ci maddəsinə əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmalıdır.

Misal 2

Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edir ki, “Gəmi Mall”da fəaliyyət göstərən vergi ödəyicisi obyektini vergi orqanında qeydiyyata salmayıb. Bu zaman “Gəmi Mall”a vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.15-2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd etdiyimiz hər iki hal üzrə maliyyə sanksiyalarının tətbiqi qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minəcək.

Bundan başqa, Vergi Məcəlləsinin 57.3-cü maddəsində nəzərdə tutulan 1.000 manatlıq maliyyə sanksiyasının əhatə dairəsi də genişləndirilib. Maddəyə edilən əlavə nəticəsində Məcəllənin 16.1.11-17-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-17-ci maddəsi bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etməyi nəzərdə tutur.
Vergi Məcəlləsinin 57.3-cü maddəsində edilmiş dəyişiklik də qanun qəbul olunduqdan doqquz ay sonra qüvvəyə minəcək.

Mənbə: vergiler.az

Fermer təsərrüfatı işçilərinin vergi və sosial ödənişləri necə hesablanır?

1 176 177 178 179 180 181 182 2. 396