Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması – QAYDALAR, ŞƏRTLƏR

posted in: Xəbər | 0

Son günlər aramsız yağıntılar nəticəsində işə vaxtında yetişməklə bağlı müəyyən problemlərlə üzləşirik. Bəs hansı hallarda hava şəraiti ilə əlaqədar olaraq işçi işə gəlməyə bilər? Yaxud işəgötürən hansı hallarda hava şəraiti ilə əlaqədar işi dayandırmalı və ya fasilə verməlidir? Suallara əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən edilmiş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək Məcəlləsinə 2-ci Əlavənin 1-ci bəndinə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq təşkil etdikdə açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Əlavənin 2-ci bəndində göstərilib ki, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:

  • küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma işləri;
  • 3 baldan artıq olduqda – qaldırıcıların quraşdırılması və sökülməsi işləri;
  • 6 baldan artıq olduqda – taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;
  • 3 baldan artıq olduqda – daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.

Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

  • küləyin gücü 4 baldan artıq olduqda – ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;
  • 4 baldan artıq olduqda – daimi dəniz özülləri və estakadayanı meydançaların yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;
  • 8 baldan artıq olduqda – qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;
  • 6 baldan artıq olduqda – daimi dəniz özüllərində istismar edilən quyularda işlər;
  • 6 baldan artıq olduqda – daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
  • 8 baldan artıq olduqda – özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;
  • 8 baldan artıq olduqda – özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;
  • 4 baldan artıq olduqda – qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;
  • 3 baldan artıq olduqda – qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;
  • 3 baldan artıq olduqda – qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;
  • 5 baldan artıq olduqda – ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;
  • 4 baldan artıq olduqda – estakada tikən kranla quraşdırma işləri;
  • 5 baldan artıq olduqda – kopyor vasitəsilə dayaqlar vurulması işləri;
  • 4 baldan artıq olduqda – dəniz neft-mədən qurğularının sökülməsi işləri;
  • 5 baldan artıq olduqda – daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
  • 5 baldan artıq olduqda – traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;
  • 5 baldan artıq olduqda – estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
  • 10 baldan artıq olduqda – quyunun yuyulması işlərindən başqa, buruqda bütün işlər.

Mənbə: vergiler.az

İşçilərə verilən yemək xərcləri elektron qaimə-faktura ilə alındıqda ödənilən ƏDV-nin əvəzləşdirilməsi

Ölkədaxili nağdsız əməliyyatların həcmi artmaqdadır

posted in: Xəbər | 0

Bu ilin aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20,675 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 19,5 faiz artıb, kredit kartlarının sayı isə 0,1 faiz azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.

2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,301 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,071 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1 faizini təşkil edib.

Mənbə: vergiler.az

Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin

posted in: Xəbər | 0

Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir. Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, Yığım hesabında vəsait saxlayan hər kəs, pulunu faiz gəlirlərini itirmədən və istədiyi zaman çıxara bilər. Şərtlər isə olduqca rahat və sadədir.

  • Minimum məbləğ yoxdur: hesabı 0.00 AZN/USD ilə açmaq mümkündür;
  • Hesaba istənilən zaman pul əlavə etmək mümkündür;
  • Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir;
  • Faiz gəliri faiz qazandırır: qazanılmış faiz gəlirinə də faiz hesablanır;
  • Pulu istənilən zaman faiz və komissiya ödəmədən çıxarmaq mümkünüdür;
  • Rahat və etibarlı nəzarət: Birbank tətbiqi ilə hesaba asanlıqla nəzarət etmək mümkündür;

Yığım hesabını sizə ən yaxın Birbank filialından və Birbank mobil tətbiqindən “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” bölməsindən açmaq olar.

Bu məhsul uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Həmçinin, bu hesabda minimum məbləğ tələbi olmadığı üçün hər kəs üçün əlçatandır. Məhsul müştərilərə büdcələrini daha səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədkləri zaman artırmaq və idarə etmək şansı verir.

Pulunu gündəlik gəlir ilə artırmaq və hər an nəzarət etmək üçün Birbank Yığım hesabı ən ideal seçimdir.

Ətraflı məlumat üçün: http://b-b.az/yhpr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İşçilərə verilən yemək xərcləri elektron qaimə-faktura ilə alındıqda ödənilən ƏDV-nin əvəzləşdirilməsi

Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

posted in: Xəbər | 0

Mən geyimlərin topdan satışı ilə məşğulam və geyim satışı bazarında mağaza işlədirəm. Vergi uçotum var, lakin elektron qaimə-faktura təqdim etməklə satış apardığımdan, obyekti uçota alıb nəzarət-kassa aparatı quraşdırmamışam. 2025-ci ilin oktyabr ayında bazarın sahibi icarəyə götürdüyüm obyekti vergi orqanında uçota qoymağımı tələb edir. Bunu tələb etməyə onun hüququ varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır və təsərrüfat subyektinin (obyektinin) vergi orqanına uçota alınmamasına görə mikro sahibkarlıq subyektlərinə münasibətdə 40 manat məbləğində, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə – idarəedicilərinin) vəzifəsi kimi müəyyən edilib.

Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bazarların mülkiyyətçiləri (idarəediciləri) tərəfindən vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

Həmçinin, əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) əks etdirilməlidir.

Qeyd olunanlara əsasən, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının tələb edilməsi qanunun tələbidir və tərəfinizdən geyim satışı bazarından icarəyə götürdüyünüz təsərrüfat subyektinin vergi orqanında uçota alınması və onun girişində həmin təsərrüfat subyektinin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) təmin edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-15-ci, 16.1.11-16-cı, 16.1.11-17-ci, 33.2-ci, 57.3-cü, 58.2-1-ci və 58.15-2-ci maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanununun 2.1-ci və 3.1-ci maddələri

Mənbə: vergiler.az

Kassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir?

1 164 165 166 167 168 169 170 2. 387