İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Bununla da ardıcıl dörd gün – iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.

Mənbə: report.az

İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə

Torpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

“X Agro” MMC-nin mülkiyyətində 15 hektar torpaq sahəsi var. ƏDV qeydiyyatında olan MMC bu torpaq sahələrini digər vergi ödəyicilərinə icarəyə verir. Bu zaman həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışında istisna edilib.

Qeyd olunanlara əsasən, MMC tərəfindən torpağın icarəyə verilməsi 2025-ci il yanvarın 1-dən ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmadığından, həmin əməliyyat ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi artmaqdadır

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılmış publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə 2024-cü ilin 1 yanvar tarixindən 5 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə xeyriyyə fondlarının adları açıqlanıb:
Heydər Əliyev Fondu;
Qarabağ Dirçəliş Fondu;
Yaşat Fondu.

Bu maddə yalnız hüquqi şəxlər üçün keçərlidir. Fiziki şəxlərin nağdsız qaydada köçürdükləri ianəyə görə Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt nəzərdə tutulmayıb.

Hüquqi şəxslər elm, təhsil, səhiyyə, idman, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, həmçinin siyahısı təstiqlənmiş fondlara cari il ərzində köçürmə etdikləri zaman mənfəətdən 15% azalma verilir. Bundan sonra köçürülən məbləğlə 15% hissə arasında ən kiçik olan məbləğ nəzərə alınmaqla yerdə qalan məbləği mənfəət vergisinə cəlb edilir.

Misal 1

“BR” şirkəti 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 500.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 200.000 manat təşkil edib. Bu halda vergiyə cəlb olunan mənfəət 300.000 manat təşkil edəcək:

500.000 – 200.000 = 300.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 45.000 manat olacaq:
300.000 x 15% = 45.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən kiçik olduğu üçün əsas götürüləcək. Beləliklə, mənfəət vergisinə cəlb edilən məbləğ 23.400 manat olacaq:

Vergiyə cəlb olunan mənfəət: 300.000 – 45.000 = 255.000 manat;

Mənfəət vergisi: 255.000 x 20% = 51.000 manat.

Misal 2

“MA” şirkəti 2025-cü il ərzində Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən idman sahəsində fəaliyyət göstərən idarənin bank hesabına nağdsız qaydada 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 1.700.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 800.000 manat olub. Bu halda vergiyə cəlb olunan mənfəət 900.000 manat təşkil edir:

1.700.000 – 800.000 = 900.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 70.000 manat olacaq. Çünki Fonda ödənilən məbləğ 15%-lik həddən azdır.

900.000 x 15% = 135.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən böyük olduğu üçün faktiki köçürülən məbləğ nəzərə alınacaq.

Beləliklə, mənfəət vergisinə cəlb olunan rəqəm 166.000 manat təşkil edəcək:

Vergiyə cəlb olunan mənfəət: 900.000 – 70.000 = 830.000 manat;

Mənfəət vergisi = 830.000 x 20% = 166.000 manat.

Mənbə: vergiler.az

Qeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər

Əmək müqaviləsində göstərilməyən şərtlərin müqaviləyə yenidən əlavə edilməsi qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsində mütləq göstərilməli olan məlumatlar və şərtlər əksini tapıb. Ancaq bəzən müqavilə bağlandıqdan bir müddət sonra əmək münasibətlərinin bəzi şərtlərinin qeyd olunmadığı üzə çıxır. Bəs bu halda şərtlərin əmək müqaviləsinə əlavə edilməsi necə tənzimlənir?

Suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər və məlumatlar qeyd edilib. Həmin maddənin tələbinə görə, əmək müqaviləsində aşağıda qeyd olunan şərtlər və məlumatlar göstərilməlidir:

  • İşçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN);
  • İşəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, fərdi identifikasiya nömrəsi (FİN);
  • Əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi);
  • Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  • Əmək müqaviləsinin müddəti;
  • İşçinin əmək funksiyası;
  • İşçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;
  • Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  • İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
  • Əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN);
  • Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmçinin, Məcəllənin 46-cı maddəsinin 5-ci hissəsində göstərilib ki, 43-cü maddənin 2-ci hissəsində qeyd olunan şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib olunması tələbi qoyula bilər.

Qeyd olunmayan şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq, bağlandığı gündən etibarlı hesab olunur. Həmin funksionallıq Əmək və Məşğulluq Altsistemində (ƏMAS) də mövcuddur.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1

Fərz edək ki, 01.02.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin staja görə 2 gün əlavə məzuniyyəti əmək müqaviləsinə daxil edilməyib. Bu hal 05.05.2025-ci il tarixdə aşkar olunub (işçi və ya işəgötürən tərəfindən). Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 05.05.2025-ci il tarixdə əlavə məzuniyyət günlərini əmək müqaviləsinə daxil etməlidir. Həmin işçinin staja görə əlavə məzuniyyət hüququ əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.02.2025-ci il tarixdən yaranır.

Misal 2

Tutaq ki, 01.04.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin alacağı əməkhaqqı üzrə şərtlər qeyd olunarkən ağır və zərərli əməyə görə nəzərdə tutulan artım (əmsal) göstərilməyib. Bu hal 14.04.2025-ci il tarixdə aşkar edilib. Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 14.04.2025-ci il tarixdə ağır və zərərli əməyə gözə nəzərdə tutulan artımı (əmsal) əmək müqaviləsinə daxil etməlidir. Həmin artım (əmsal) əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.04.2025-ci il tarixdən nəzərə alınmalıdır.

Mənbə: vergiler.az

Bazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi?

1 161 162 163 164 165 166 167 2. 386