Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

posted in: Xəbər | 0

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 42 manatdır.

İddiaçılar təkliflərini iyulun 4-nə qədər Xidmətin yerləşdiyi Ağcabədi rayonu, Taxta körpü ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 4-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 26 may 2013-cü il tarixli fərmanı ilə yaradılıb.

Mənbə: report.az

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının hesablanması qaydası

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

posted in: Xəbər | 0

Mətbuatda oxudum ki, 2025-ci il yanvarın 1-dən sənaye məhəllələrinə bir sıra vergi güzəştləri tətbiq olunur. Tikinti materiallarının istehsalı ilə məşğul olan vergi ödəyicisi kimi, fəaliyyətimi genişləndirib sənaye məhəlləsində yeni istehsal sahəsi açmaq istəyirəm. Bilmək istəyirəm ki, sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçdiyim halda, mənə hansı vergi güzəştləri tətbiq edilə bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 199.8-ci və 207.4-cü maddələrində edilmiş dəyişikliklərə əsasən, sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye məhəlləsinin ərazisində yerləşən əmlaklarına və istifadə olunan torpaqlarına görə əmlak və torpaq vergilərini ödəməkdən azad edilir.

Göründüyü kimi, sənaye məhəllələrinin yalnız idarəedici təşkilatı və ya operatoruna münasibətdə əmlak vergisi və torpaq vergisindən azadolma ilə bağlı 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində dəyişikliklər edilib. Buna əsasən, müraciətdə göstərilən halda sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmiş vergi ödəyiciləri tərəfindən vergilər Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada hesablanıb dövlət büdcəsinə ödənilir.

Xidmətdən o da bildirilib ki, sənaye məhəlləsinin iştirakçısı olaraq investisiya təşviqi sənədi aldığınız təqdirdə, Vergi Məcəlləsində nəzərdə tutulan bir çox güzəştlərdən istifadə edə bilərsiniz. Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, investisiya təşviqi sənədini almış vergi ödəyiciləri həmin sənədi aldığı tarixdən 7 il müddətinə təsdiqedici sənəd əsasında idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən, müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlakına, habelə mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə əmlak və torpaq vergilərindən tam məbləğdə, əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi məbləğində isə mənfəət (gəlir) vergisindən azad edilirlər.

Əsas: Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.8-ci, 199.11-ci, 207.4-cü və 207.5-ci maddələri

Mənbə: vergiler.az

Vergitutma obyekti necə müəyyən edilir?

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının hesablanması qaydası

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 

Qanunvericiliyin bu tələbini İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi Elvin Zaidov şərh edir. 

Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən, saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əməkhaqqı sistemi üzrə ödənilir.

Bəs bu kimi məqamlarda əməkhaqqı necə hesablanmalıdır? Suala nümunələr əsasında aydınlıq gətirək.

Misal 1

“BB” MMC elektronik əşyaların satışı ilə məşğuldur. Elmir Əzizov (ad şərtidir) müəssisədə satıcı vəzifəsində çalışır. Onun həftə ərzində 6-cı və 7-ci günləri istirahət günüdür. Elmir Əzizov həftənin 5 günü saat 16:00-dan 00:00-a kimi işləyir və aylıq vəzifə maaşı 800 manatdır. İşçinin 2025-ci il aprel ayı üzrə iş davamiyyəti aşağıdakı kimi olub:

 

Bazar ertəsi

Çərşənbə axşamı

Çərşənbə

Cümə axşamı

Cümə

Şənbə

Bazar

Ayın günləri

1

2

3

4

5

6

İş saatı

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

7

8

9

10

11

12

13

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

14

15

16

17

18

19

20

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

21

22

23

24

25

26

27

İş saatı

8

8

8

8

8

İ.G

İ.G

Ayın günləri

28

29

30

İş saatı

8

8

8

Ay ərzində işçinin cəmi iş günləri 22 gün olub, iş saatı isə 176 saat olub:
22 x 8 =176 saat.

1 iş saatına düşən orta əməkhaqqı: 800 : 176 = 4.55 manat;Gecə vaxtına düşən saatlara görə saatlıq əməkhaqqı: 4.55 + (4.55 x 20%) = 5.46 manat:
Normal iş saatlarının cəmi: 22 x 6 = 132 saat;
Gecə vaxtına düşən iş saatlarının cəmi: 22 x 2 = 44 saat;Aprel ayı üçün əməkhaqqı:
(132 x 4.55) + (44 x 5.46) = 840.84 AZN.

Misal 2

“AA” MMC ərzaq və digər malların pərakəndə satışı ilə məşğuldur. Elvin Zamanov (ad şərtidir) müəssisədə kassir vəzifəsində çalışır. Onun iş rejimi çoxnövbəlidir. Həftə ərzində 3-cü və 6-cı günlər istirafət günüdür. Elvin Zamanov həftənin 1-ci və 2-ci günləri saat 21:00-dan 05:00-a kimi, həftənin 4-cü, 5-ci və 7-ci günü saat 13:00-dan 21:00-a kimi işləyir. Kassirin aylıq vəzifə maaşı 1.000 manatdır. İşçinin 2025-ci il aprel ayı üzrə iş davamiyyəti aşağıdakı kimi olub:

 

Bazar ertəsi

Çərşənbə axşamı

Çərşənbə

Cümə axşamı

Cümə

Şənbə

Bazar

Ayın günləri

1

2

3

4

5

6

İş saatı/növbə

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

7

8

9

10

11

12

13

İş saatı/növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

14

15

16

17

18

19

20

İş saatı/növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

21

22

23

24

25

26

27

İş saatı/növbə

8/G.N

8/G.N

İ.G

8/A.N

8/A.N

İ.G

8/A.N

Ayın günləri

28

29

30

İş saatı/növbə

8/G.N

8/G.N

İ.G

A.N

Axşam növbəsi

G.N

Gecə nöbəsi

İ.G

İstirahət günü

Misala əsasən, Elvin Zamanovun 2025-ci il aprel ayı üzrə əməkhaqqını hesablayaq:

Növbə

İş günü

Saat

Axşam

12

8*12=96

Gecə

9

8*9=72

Cəmi

21

96+72=168

Ay üzrə saatlıq vəzifə maaşı: 1.000 : 168 = 5.95 manat;
Axşam növbəsi üçün saatlıq əməkhaqqı: 5.95 + (5.95 x 20%) = 7.14 manat;
Axşam növbəsi üçün ümumi aylıq əməkhaqqı: 7.14 x 96 = 685.44 manat;
Gecə növbəsi üçün saatlıq əməkhaqqı: 5.95 + (5.95 x 40%) = 8.33 manat;
Gecə növbəsi üçün ümumi aylıq əməkhaqqı: 8.33 x 72 = 599.76 manat;
Aprel ayı üzrə cəmi əməkhaqqı: 685.44 + 599.76 = 1285.2 manat.

Mənbə: vergiler.az

Kartdan karta köçürmə: gəlir, yoxsa ciddi maliyyə riskləri?

Dövlət Ehtiyatları Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 155 manatdır.

İddiaçılar təkliflərini iyulun 10-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “Nexia EA” QSC olub. Şirkətə 41,3 min manat ödənilib.

Mənbə: report.az

Kartdan karta köçürmə: gəlir, yoxsa ciddi maliyyə riskləri?

1 167 168 169 170 171 172 173 2. 396