Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

posted in: Xəbər | 0

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 66 min manat ödəniləcək.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mənbə: report.az

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

“Aqrar Tədarük və Təchizat” auditor seçib

posted in: Xəbər | 0

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir.

Qalib şirkətə 8,3 min manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi “HLB Azərbaycan” MMC olub. Şirkətə 18 min manat ödənilib.

Mənbə: report.az

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Banklar hansı hallarda offşor ərazidə yerləşən şirkətdən alınan mal və xidmətlərə görə vergi tutmur?

posted in: Xəbər | 0

Güzəştli vergi tutulan ərazilərə və ölkələrə ödəniş edilən zaman həmin vəsait Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunur. Lakin qanunvericiliyin tələbinə görə, bəzi hallarda banklar bu vergini tutmamalıdır. Həmin halları və əsasları iqtisadçı ekspert Anar Bayramov açıqlayır. 

Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakın alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin məbləğ Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq, ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Misal 1

Tutaq ki, vətəndaş güzəştli vergi tutulan ərazi hesab edilən ölkə olan Monakoya səfər edir. Səfər zamanı Monakodan öz şəxsi istifadəsi üçün kompüter avadanlığı alır və ödənişi bank kartı vasitəsilə həyata keçirir. Belə olan halda, ödənişin güzəştli vergi tutulan ərazidə yerləşən şirkətə köçürülməsinə baxmayaraq, Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndinə əsasən, bank agent olaraq həmin köçürmədən ödəmə mənbəyində vergini tutmur və büdcəyə ödəmir.

Burada diqqət edilməli məqam və bir-birinə oxşayan, lakin çox mühüm fərq ondan ibarətdir ki, Məcəllənin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndində “güzəştli vergi tutulan ölkələrdən və ya ərazilərdən” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” şəxsi istehlak məqsədilə malların alışı, habelə “güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə” deyil, “güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə” ödənişlər edildikdə qeyd edilib. Yəni, əgər şəxsi məqsədlər üçün malı, xidməti alan vətəndaş həmin malı, xidməti fiziki olaraq offşor ərazidə olarkən alarsa və ödənişi də kart vasitəsilə həmin ərazidə nağdsız qaydada həyata keçirərsə, o zaman Vergi Məcəlləsinin tələbinə əsasən, bank agent kimi ödəmə mənbəyində vergi tuta bilməz.

Əgər vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ölkəyə getmədən həmin ölkədə yerləşən şirkətdən sifariş edərək mal alsa belə və həmin malın ödənişini bankdan köçürdüyü zaman bank tərəfindən Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmalıdır.

Misal 2

Tutaq ki, vətəndaş öz şəxsi istehlakı üçün güzəştli vergi tutulan ərazi hesab edilən Honkonqdan 20.000 ABŞ dolları dəyərində avtomobil sifariş edir və təchizatçı şirkət həmin avtomobili Azərbaycandakı müştərisi olan vətəndaşa göndərir. Vətəndaş təchizatçı şirkətin təqdim etdiyi sənədlər əsasında bank vasitəsilə ödəniş etmək istəyir. Belə olan halda, bank mütləq Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10% dərəcəsi ilə 2.000 dollar məbləğində ödəmə mənbəyində vergini tutub büdcəyə köçürməlidir.

Amma audit yoxlamaları zamanı tez-tez rastlaşırıq ki, banklar tərəfindən bu kimi ödənişlər zamanı vətəndaşın güzəştli vergi tutulan ərazilərə və ya ölkələrə edilən ödənişlərindən Vergi Məcəlləsinin 13.2.16.14-2-ci maddəsinin 5-ci bəndi əsas gətirilərək, həmin maddəyə istinad olunmaqla ödəmə mənbəyində vergi tutulmur. Bu da səyyar vergi yoxlamaları zamanı banklar üçün ciddi maliyyə sanksiyaları riski yaradır.

Mənbə: vergiler.az

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

Vergitutma obyekti necə müəyyən edilir?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə layihə rəhbəri Mircəfər Rzayev şərh edir. 

Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

Misal:

“AA” MMC sadələşdirilmiş verginin ödəyicisidir, Bakı şəhərində ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Şirkətin 2025-ci ilin 1-ci rübü üzrə satışları aşağıdakı kimi olub:

• yanvar ayı – 6.000 manat;
• fevral ayı – 4.000 manat;
• mart ayı – 8.000 manat.

Rüb üzrə satışların cəmi: 18.000 manat təşkil edib.

Qeyd olunan rüb üzrə müştərilər tərəfindən cəmi 15.000 manat ödəniş daxil olub. Vergi Məcəlləsinin 219.1-ci maddəsində əldə edilmiş ümumi hasilat deyildiyinə görə, sadələşdirilmiş vergi məbləği 300 manat təşkil edəcək:

15.000 x 2% = 300 manat.

Yerdə qalan 3.000 manat məbləğ “AA” MMC-yə müştərilər tərəfindən ödənildiyi rübdə vergiyə cəlb olunacaq.

Mənbə: vergiler.az

Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

1 169 170 171 172 173 174 175 2. 396