Dövlət Reklam Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 138 manatdır.

İddiaçılar təkliflərini iyulun 18-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyulun 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Fərdi sahibkar digər fəaliyyətlə məşğul olduqda güzəşt hüququ necə tənzimlənir?

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

posted in: Xəbər | 0

Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur. PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir.

Qeyd edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından effektiv şəkildə faydalana bilərlər.

Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:

  • ABŞ-ın aparıcı şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış imkanı;
  • Cəmi 1 ABŞ dolları ilə investisiyaya fürsəti;
  • Hissəli səhmlərlə sərfəli və əlçatan yatırım;
  • Əlavə sənəd tələb olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;
  • CFD deyil, səhmlərin birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;
  • 7/24 sifariş qəbul etmə imkanı və real vaxtda portfel izləmə funksiyası;
  • Kartı manual olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı;
  • Rəqabətli komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum 100 ABŞ dolları;
  • Yüksək səviyyəli təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ dollarınadək sığortalanması;

Birbank Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür.

Mobil təbiqi yükləmək üçün: https://onelink.to/ryprcz

2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir.  İstifadəçilərə beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Birbank Invest barədə daha ətraflı məlumat almaq üçün https://birbankinvest.az/ saytına keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz – https://linktr.ee/birbank.invest.

İşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu?

Fərdi sahibkar digər fəaliyyətlə məşğul olduqda güzəşt hüququ necə tənzimlənir?

posted in: Xəbər | 0

Sahibkarları maraqlandıran məsələlərdən biri də vergi ödəyicisinin Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyətlərlə yanaşı, digər fəaliyyətlərlə də məşğul olmasıdır. Bu zaman onların güzəşt hüququndan yararlanması hallarını iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinə əlavə edilmiş 102.9-cu maddənin ikinci abzasına əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə qeyd edilən güzəşt hüququndan o halda istifadə edə bilər ki, Məcəllənin 102.1.30-1-ci maddəsində göstərilən fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Misal 1

Maşın təmiri ilə məşğul olan vergi ödəyicisi həm də özünün sosial şəbəkəsində reklam xidməti göstərir. İl ərzində fərdi sahibkarın maşın təmiri və reklam xidmətindən gəlirləri, müvafiq olaraq (xərclər nəzərə alınmadan), 30.000 vǝ 12.000 manat təşkil edib.

Göründüyü kimi, vergi ödəyicisinin il ərzində gəliri 42.000 manat, yəni 45.000 manatdan az olub. Bu zaman gəlir vergisinə 75 faiz güzəşt tətbiq edilməyəcək. Çünki maşın təmiri ilə bağlı fəaliyyətdən əldə olunan illik gəlirin illik ümumi gəlirlərdə xüsusi çəkisi 71.42 faiz təşkil edir:

(30.000 : 42.000) x 100% = 71.43%

Vergi ödəyicisinin Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan reklam xidmətindən əldə etdiyi illik gəlirinin illik ümumi gəlirlərdə xüsusi çəkisi 28,58% faiz (100 faiz – 71,42 faiz (maşın təmiri üzrə xüsusi çəki)) təşkil edir. Göründüyü kimi, reklam xidməti üzrə gəlirlərin xüsusi çəkisi 50 faizdən az olduğuna görə, fərdi sahibkara 75 faizlik güzəşt tətbiq edilməyəcək.

Misal 2

Fərdi sahibkar məişət texnikalarının təmiri ilə yanaşı, kuryer fəaliyyəti həyata keçirir. Vergi ödəyicisinin məişət texnikası təmiri üzrə illik gəliri (xərclər nəzərə alınmadan) 15.000 manat, kuryer fəaliyyəti üzrə illik gəliri isə 35.000 manat olub. Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəlirin ümümi gəlirlərində xüsusi çəkisi 50 faizdən çoxdur – 70 faiz:

(35.000 : 50.000) x 100% = 70%

Amma vergi ödəyicisinin ümumi illik gəliri 50.000 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan 45.000 manatlıq həddən yuxarıdır. Bu səbəbdən də fərdi sahibkarın Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan kuryer fəaliyyəti üzrə gəliri umumi gəlirlərinin 50 faizindən çox və 45.000 manatdan az olsa da ümumi gəliri 50.000 manat olduğundan, 20 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcək. Bu halda, vergi ödəyicisinə 75 faizlik güzəştin tətbiq edilməmə səbəbi onun illk gəlirinin 50 000 manat olmasıdır.

Misal 3

Fərdi sahibkarın 2025-ci il üzrə çilingər xidməti üzrə gəliri (xərclər nəzərə alınmadan) 20.000 manat, həmçinin turizm bələdçiliyi üzrə gəliri (xərclər nəzərə alınmadan) 22.000 manat olub. Vergi ödəyicisinin göstərdiyi xidmət – turizm bələdçiliyi Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin siyahısında yer alıb. Turizm bələdçiliyi üzrə gəlirin ümumi gəlirlərdə xüsusi çəkisi 52,38 faiz təşkil etdiyi üçün ona 75 faiz güzəşt tətbiq ediləcək:

(22.000 : 42.000) x 100% = 52,38%

Beləliklə, vergi ödəyicisinin ümumi gəliri olan 42.000 manatlıq gəlir üzrə xərclər çıxıldıqdan sonra 75 faiz güzəşt tətbiq ediləcək.

Mənbə: vergiler.az

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının hesablanması qaydası

İşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının 3 misli məbləğində müavinət ödənilir. Həmin məbləğdən gəlir vergisi tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmak Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” “Tibbi sığorta haqqında” qanunlar

Mənbə: vergiler.az

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

1 165 166 167 168 169 170 171 2. 396