Bəzi malların aksiz dərəcələrində dəyişiklik edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- AR Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 326 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2710 12 410 0 kodu 2710 12 413 0 kodu ilə əvəz edilsin;
1.2. 2710 12 413 0 və 2710 12 510 1 alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda “1 ton üçün 200 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilsin.
- Bu Qərarın 1.2-ci bəndi 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bəzi hesabat növlərinin birləşdirilməsi barədə Vergi ödəyicilərinə bildiriş və yeni hesabatların doldurulma qaydalarını göndərmişdir, Bildirişdə qeyd edilir ki, Vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatların sayının azaldılması, vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında