Məşğulluq hesabatlarının doldurulma qaydası

posted in: Xəbər | 0

Məşğulluq hesabatlarının doldurulma qaydası

Bildiyimiz kimi, Məşğulluq hesabatlarının verilməməsinə görə cərimələr 10 dəfə artırılıb. Cərimələrin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Məşğulluq hesabatlarının doldurulma qaydasını sizə təqdim edirik.

Qayda ilə tanış olmaq üçün faylı yükləyin.

Məşğulluq hesabatlarının doldurulma qaydası (391 downloads )
Bax: Məşğulluq hesabatlarının verilməməsinə görə cərimələr 10 dəfə artırılıb

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Məşğulluq hesabatları

Güzəştlərdən yararlananlar üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi

posted in: Vergi, Xəbər | 0

Güzəştlərdən yararlananlar üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi

Vergi Məcəlləsinə əsasən, qeyri-neft sektorunda ödənilən əməkhaqqı məbləği 8.000 manatdan az olan işçilər gəlir vergisindən azad edilib. Həmin şəxslər, əsasən, mənfəət vergisi ödəyicisi olan müəssisələrdə çalışırlar. İşçilərə verilən güzəşti əsas gətirən bu müəssisələr ödəmə mənbəyində vergi tutmadıqları üçün Vergi Məcəlləsinin 150.3.3.3-cu maddəsinə görə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilib-edilməməsini dəqiqləşdirmək istəyirlər.

Məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. Məqsəd ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək haqlarının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd edilənlərə əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir. Əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən “Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu” adlı sətrində və “Verginin hesablanması” adlanan bölmələrdə “Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə” işarələnməlidir.

Qeyd edək ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi qaydası ilə Vergilər Nazirliyinin rəsmi səhifəsində “Bəyannamə” bölməsində tanış olmaq mümkündür. Aşağıdakı linkdən istifadə edə bilərsiz:

http://www.taxes.gov.az/

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
tutulan vergi güzəşt muzdlu iş

2000 AZN əmək haqqı ilə Baş Mühasib axtarılır

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: My Food LLC

Əmək Haqqı: 1500 – 2000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@myfood.com.az /  info@finstaff.az

Vakansiya barədə məlumat

• Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;
• Vergi, Statistika,DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
• Daxili nəzarət (audit);
• Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;

İş saatı : Həftədə 5 gün 09:00-18:00
Əmək haqqı: 1500-2000 AZN

Baş Mühasib üçün tələblər

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
• Baş mühasib kimi minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
• Komandada işləmə bacarığı olmalı;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan kişi və ya qadın namizədlər;
• MS Office, 1C, BTP, MİKRO mühasibatlıq proqramlarını, EVHF,vahid rüblük hesabatlarını, vergi məcəlləsini mükəmməl bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli;
• Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür);
• Yaş həddi: 30-50

Zəhmət olmasa CV-lərinizi hr@myfood.com.az / info@finstaff.az e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Baş Mühasib” qeyd etməyi unutmayın.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib

Kassa metodunda xərcin çəkilməsi vaxtı nə vaxt hesab olunur?

posted in: Xəbər | 0

xərcin çəkilməsiSual: Müəssisəmiz gəlir və xərclərinin uçotunu kassa metodu ilə apardığı halda gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtı nə vaxt hesab olunur?

Cavab: Vergi Məcəlləsinin (VM) 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır (VM, maddə 132.1).

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır.

Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır (VM, maddə 133). Qeyd olunan müddəalara əsasən: Gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə tərəfindən hesabat ili ərzində əldə etdiyi gəlirdən həmin hesabat ilində çəkilən və gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.