» » » Vergi və Sosial Sığorta bəyannamələri birləşdirilir

Vergi və Sosial Sığorta bəyannamələri birləşdirilir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

imtahan Vergilər naziri işsizlik sığortası MDSSAzərbaycan Respublikasının Vergilər Nazirliyi Bəzi hesabat növlərinin birləşdirilməsi barədə Vergi ödəyicilərinə bildiriş və yeni hesabatların doldurulma qaydalarını göndərmişdir, Bildirişdə qeyd edilir ki, Vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatların sayının azaldılması, vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası” təsdiq edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minəcəkdir.

Dəyişikliklər edilmiş hesabat formaları və onların tərtib edilməsi Qaydaları qoşma faylda Sizə təqdim olunur.

Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi


“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin QAYDASI (65 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin tərtib edilməsi Qaydası (170 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə № 2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə məlumat) Qaydası (163 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) tərtib edilməsi Qaydası (194 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası (161 downloads )

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqaviləsinə 3 ildən tez müddətdə xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) tərtib edilməsi Qaydası (196 downloads )

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) (215 downloads )


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sosial Sığorta, vergi