» » » Bəzi malların aksiz dərəcələrində dəyişiklik edilib

Bəzi malların aksiz dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

aksizAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. AR Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 326 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2710 12 410 0 kodu 2710 12 413 0 kodu ilə əvəz edilsin;

1.2. 2710 12 413 0 və 2710 12 510 1 alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda “1 ton üçün 200 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilsin.

  1. Bu Qərarın 1.2-ci bəndi 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.

Azərbaycan Respublikasının
Baş Naziri               Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Bax:
Vergi və Sosial Sığorta bəyannamələri birləşdirilir
Mühasiblərin diqqətinə! Yeni büdcə təsnifat kodları təsdiqlənib
Məşğulluq hesabatlarının doldurulma qaydası

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
aksiz, aksiz