Gömrük Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Gömrük Məcəlləsində dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilsin;

2.2. 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilsin.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük

Vergi Məcəlləsinin 137-ci maddəsində “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədləri üçün “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur? (vergi məcəlləsi)

Cavab: VM-nin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.

Əsas: VM, 154.5-ci maddə.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi məcəlləsi, ayrıca şəxs

Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edəcək. (Vergilər nazirinin müavinləri)

Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhər sakinlərinin nəzərinə!

VN birinci müavini Sahir Məmmədxanov 23 avqust 2019-cu il tarixində Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında) Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, habelə Naftalan şəhəri və Goranboy rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN-nin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək.

Qobustan, Şamaxı və Ağsu rayon sakinlərinin nəzərinə!

VN müavini Sahib Ələkbərov 22 avqust 2019-cu il tarixində Qobustan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qobustan şəhəri, Yeni yaşayış massivi, Bakı-Qazax şosesi, 89-cu km) Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-21 avqust 2019-cu il tarixlərində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qobustan və Ağsu rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Kiçik Mühasib – UNIMAC MMC

Vakansiya: Kiçik Mühasib.

İşəgötürən: UNIMAC MMC.

Əmək haqqı: 400 – 500 AZN

 

Vakansiya barədə məlumat:

– Qaimələrin və hesab fakturaların 1C proqramına və Vergi portalına yazılması
– Bank əməliyyatlarının (pul mədaxili və köçürmələri) 1C proqramına daxil edilməsi
– Müştərilərlə alğı-satqı müqavilələrinin hazırlanması
– 6 günlük iş qrafiki, bazar ertəsi – cümə 09:00-dan 18:00-dək, Şənbə günü 09:00-dan 14:00-dək

 

Namizədə tələblər:

– Yalnız xanım namizədlər
– Ali təhsil (İqtisadiyyat, Maliyyə vəya Mühasibat sahəsində) olanlara üstünlük veriləcəkdir
– Mühasibatlıq sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
– MS Office proqramlarını yaxşı bilməli, 1C proqramını bilənlərə üstünlük veriləcəkdir
– Xırdalıqlara diqqətli olmalı
– Stress altında işləmə qabiliyyəti və ünsiyyət bacarığı
– İlkin mühasibat bilikləri

Maraqlanan şəxlərdən mövzu yerində “Kiçik mühasib” yazmaqla CV-lərinizi hr@unimac.az / info@finstaff.az elektorn poçta göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kiçik Mühasib Vakansiya