2026-cı il üzrə dövlət büdcəsi layihələrinə dair qərar qəbul edilib
Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Qərar qəbul edib.
Qərarla “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Mənbə: nk.gov.az
Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır. Bunun üçün Birbank mobil tətbiqində uyğun bonus kateqoriyalarını seçmək yetərlidir. Qeyd edək ki, bonus hər ay mütəmadi olaraq yenilənir və istifadəçilərə 4 fərqli istiqamətdə bonuslar qazanmaq şansı yaradır. Bu kateqoriyalara telefon, internet, kommunal və TV ödənişləri, market, kafe, restoran, taksi, aptek, hotel, YDM və digər xidmətlər daxildir.