Azərbaycanda üztanımaya əsaslanan təmassız ödəmə üsulu tətbiq olunacaq

posted in: Xəbər | 0

Azərbaycanda üztanıma (biometrik) texnologiyasına əsaslanan yeni təmassız ödəmə üsulu tətbiq olunacaq. Bu məqsədlə hazırlanan SİMA Pay artıq test rejmində sınaqdan keçirilib. Bu barədə ““AzİnTelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, SİMA Pay biometrik kameralara malik ticarət məntəqələrində tətbiq olunacaq. Həmçinin, ictimai nəqliyyat, səhiyyə müəssisələri, hotellər və istirahət mərkəzlərində inteqrasiya olunması nəzərdə tutulur: “Yəni ilkin fokus insan axınının çox olduğu və sürətli ödənişin üstünlük təşkil etdiyi məkanlardır. İlk olaraq Azərbaycan Dəmir Yollarının stansiyalarında test edilib və uğurla sınaqdan keçib. Hazırda yeniliyin metro stansiyalarında test edilməsi üçün danışıqlar aparılır. Məqsəd istifadəçilərin heç bir vasitəyə (kart, nağd pul və mobil qurğulara) ehtiyac olmadan, yalnız biometrik identifikasiya ilə ödəniş etməsini təmin etməkdir. Bu yanaşma əməliyyat xərclərini azaltmaq, fırıldaqçılıq riskini minimuma endirmək və müştəri təcrübəsini sürətləndirmək üçün yaradılıb”.

Bəs vətəndaşlar SİMA Pay-dən necə yararlana bilər? “AzİnTelekom” MMC-nin mütəxəssisləri bildirirlər ki, bu, tərəfdaşlıq şərtlərindən asılıdır. Əsasən mobil tətbiq üzərindən qurulma uyğun ola bilər. Belə ki, istifadəçi qurumun tətbiqində biometrik (üz) testi keçərək öz simasını bank kartına “bağlaya” bilər. Bu proses bir dəfə edilir və daha sonra avtomatik şəkildə işləyir. Texnoloji həll olaraq, SİMA platformasının bulud əsaslı infra­strukturundan, üztanıma və SİMA KYC kimi identifikasiya modullarından istifadə olunur. SİMA, həmçinin açıq açar və gücləndirilmiş rəqəmsal imza həlləri ilə işləyir. Biometrik məlumatlar istifadəçiyə məxsus və təkrarolunmazdır, ödəniş biometrik identifikasiya ilə həyata keçirilir. SİMA Pay elektron cüzdanlarla asanlıqla əlaqələndirilə bilər. Bu isə elektron ticarət, hesablaşmalar və gələcəkdə hökumət ödənişləri üçün geniş imkanlar açır.

Fərdi məlumatların qorunmasına gəlincə, bildirilib ki, SİMA Pay istifadəçinin bank kartını istifadə etməyə imkan verir. Ödəniş əməliyyatları biometrik təsdiq vasitəsilə aktivləşir. SİMA heç bir halda kart məlumatlarını saxlamır və ödənişlər təhlükəsiz şəkildə həyata keçirilir.

Mənbə: vergiler.az

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü fəaliyyətə qəbul elan edir!

Korporativ təlimlər

posted in: Xəbər | 0

Mühasiblərinizin məhsuldarlığını artırmaq və hesabatlarda çevik nəticələr əldə etmək istəyirsiniz?

Bu ehtiyacınızı xüsusi hazırlanmış korporativ təlimlərimiz ilə qarşılaya bilərsiniz:

Təlim proqramlarımız tam olaraq sizin müəssisənizin ehtiyaclarına uyğunlaşdırıla bilir.

Niyə məhz biz?

🔹 Peşəkar təlimçilər – sahəsində təcrübəli və praktik biliklərə sahib ekspertlər
🔹 Güclü təşkilati komanda – təlimlərin planlaşdırılması, təşkilati işlər və sürətli dəstək
🔹 İlkin ehtiyac analizi – komandanız üçün ən uyğun proqramı müəyyən edirik
🔹 Sınaq dərs – komanda üçün uyğunluğunu test etmək imkanı
🔹 Təlim sonrası dəstək – öyrənilənlərin iş prosesinə tətbiqi

Elə indi müraciət edin – əməkdaşlığımızdan məmnun qalacağınıza əminik.

Sual və müraciətləriniz üçün bizimlə birbaşa əlaqə saxlayın: 050 225 72 90

Müraciət etmək üçün formu doldurun: https://crmform.azgroup.az

 

 

İşçi bir ildən az işlədikdə ona məzuniyyətə görə kompensasiya verilirmi? –QAYDALAR, MƏBLƏĞLƏR

posted in: Xəbər | 0

Bəzi hallarda işə yeni qəbul olunan işçilər müxtəlif səbəblərdən qısa müddətdə işdən ayrılmalı olurlar. 1-2 ay kimi qısa müddətdə əmək müqaviləsinə xitam verilən işçiyə son haqq-hesab verilməlidir. Bəs yeni iş yerində 6 ayı, 1 ili tamam olmayan işçi işdən çıxarsa, ona hansı ödənişlər ediləcək? Bu halda işçiyə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya  hesablanırmı? 

Bu suallara əmək qanunvericiliyi üzrə mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququdur.

Müəssisədə nə qədər müddət işləməsindən asılı olmayaraq, işçi işə başladığı gündən hər iş ilinə görə məzuniyyəti formalaşır. Əmək Məcəlləsinin 114-cü maddəsinin tələbinə görə, əsas məzuniyyət 21 və 30 gün müəyyən edilib. Məcəllənin 83-cü maddəsinin 4-cü bəndində qeyd olunur ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məcəllənin 144-cü maddəsinin 1-ci bəndində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi, əsas məzuniyyət 21 və 30 gündür. Deməli, son haqq-hesabda işçiyə 21, yaxud 30 gün olmaqla əsas məzuniyyətə görə kompensasiya hesablanacaq. Çünki Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə əsasən, son haqq-hesabda əlavə məzuniyyətə görə pul əvəzi (kompensasiya) verilmir. İşçinin işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Misal 1

İşçi müəssisədə mütəxəssis vəzifəsində işləyir və aylıq vəzifə maaşı 2.000 manatdır. Onun əsas məzuniyyəti 30 gün, əlavə olaraq staja görə 4 və uşağa görə 2 gündür. İşçi işdən çıxdıqda məzuniyyət qalığı 30 gün üzərindən hesablanacaq. Fərz edək ki, həmin mütəxəssis iş ilini tam işləməyib, işə qəbul olduqdan 2 ay sonra işdən ayrılıb. Bu zaman ona ödəniləcək məzuniyyətin kompensasiyası aşağıdakı kimi hesablanacaq:

30 : 12 = 2,5 gün;
2,5 x 2 = 5 gün.

Kompensasiya hesablanması Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydasına uyğun olaraq həyata keçirilir. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı, onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin orta əməkhaqqı məbləğini müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

(2.000 + 2.000) : 2 = 2.000 manat;
2.000 : 30.4 = 65.79 manat;
65.79 x 5 = 328.95 manat.

Deməli, 2 aydan sonra işdən çıxan işçiyə qalıq əsas məzuniyyətə görə 328.95 manat kompensasiya ödəniləcək.

Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Tutaq ki, işçinin son iş günü 2 sentyabr 2025-ci il olub. Ona görə də 2 günün əməkhaqqı hesablanıb ödənilməldir.

Əvvəlcə 1 günə düşən əməkhaqqını tapaq. Qeyd edək ki, 2025-ci ilin istehsalat təqviminə görə sentyabr ayında 5 günlük iş qrafikində 22 iş günü var. Deməli, işçinin 1 günə düşən əməkhaqqı məbləği 90.90 manat edir:

2.000 : 22 = 90.90 manat;
90.90 x 2 = 181.8 manat (2 gün üçün əməkhaqqı).

Tutaq ki, işəgötürən işçiyə sentyabr ayı üzrə 50 manat mükafat verib. Bu halda işdən çıxan işçinin son haqq-hesabı belə hesablanacaq:

181.8 + 328.95 + 50 = 560.75 manat.

Mənbə: vergiler.az

Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları

Rezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi?

posted in: Xəbər | 0

Açıq Səhmdar Cəmiyyəti maliyyə xidmətləri göstərir, ƏDV-dən azaddır və ƏDV qeydiyyatında deyil. Lakin qeyri-rezident şirkətlərdən müxtəlif xidmətlər və ya lisenziyalar alır. Bu halda rezident ASC qeyri-rezident tərəfindən göstərilən xidmətlər üzrə qeyri-rezidentin ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində, vergi agenti üçün elektron xidmətlər də daxil olmaqla (Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna edilməklə), xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ƏDV-yə cəlb olunur. Bu əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanmış vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq, vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

Mənbə: vergiler.az

İlin ortasında fəaliyyətə başlayan sahibkar 75%-lik vergi güzəştindən yararlana bilərmi?

1 117 118 119 120 121 122 123 2. 382