Daha çox8
Daha çox8

Mühasiblər və Maliyyəçilər üçün Peşəkar Excel Təlimi

posted in: Xəbər | 0

Mühasiblər və Maliyyəçilər üçün Peşəkar Excel Təlimi

Mühasib və maliyyəçiləri Excel proqramını bilmədən təsəvvür etmək hazırkı dövrdə çox çətindir. Bəzən Excel proqramı bizə lazım olan hesabatları təqdim etməkdə mühasibat proqramlarının edə bilmədiyi işləri belə görür.

Əgər siz hələ də Excel proqramı ilə istədiklərinizi edə bilmirsinizsə, o zaman istəklərinizi bizimlə reallaşdıra bilərsiniz. “Azərbaycan  Mühasiblər Məktəbi”nin “Mühasib və maliyyəçilər üçün Excel” kursunu bitirməklə Excel proqramının mühasibat, maliyyə və HR ilə əlaqədar sirlərini öyrənmək şansı əldə edəcəksiniz.

Təlim kimlər üçündür?

‣ Maliyyə, mühasibatlıq və insan resursları üzrə mütəxəssislər;
‣ Excel-də mühasibatlıq aparan mikro və kiçik sahibkarlar;
‣ Excel biliklərini təkmilləşdirərək işlərini avtomatlaşdırmaq istəyən hər kəs.

Bu Excel təlimi sizə nə qazandıracaq?

✔ ƏDV hesabatlarının avtomatlaşdırılması;
✔ Əməkhaqqı hesablamalarının avtomatlaşdırılması;
✔ Digər hesabatların (anbar uçotu və s.) avtomatlaşdırılması;
✔ Maliyyə və mühasibatlıq funksiyaları ilə effektiv işləmə bacarığı;
✔ Power Query və Pivot Table ilə sürətli data təhlili;
✔ Analitik düşüncə və məlumat əsaslı qərarvermə bacarığı;
✔ Real iş mühitinə uyğun praktik məşğələlər və s.

Təlimçi barədə:

Xəyal Səmədov

Rəqəmsal bacarıqların inkişafında 10 ildən artıq peşəkar təcrübəyə malik olan Xəyal Səmədov həm öz sahəsində ixtisaslaşmış təlimçi, həm də müxtəlif biznes strukturlarında liderlik etmiş bir mütəxəssisdir. Excel, Power BI, SQL və Python kimi alətlərdə dərin biliklərə sahib olan Xəyal bəy, yüzlərlə iştirakçını əhatə edən təlim proqramları ilə Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına töhfə verib.

Azercell, XalqBank, Veysəloğlu, Azərsun, McDonald’s, Hyundai və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edən Xəyal Səmədov, təkcə texniki bilikləri deyil, eyni zamanda analitik düşüncə, komanda idarəçiliyi və layihə rəhbərliyi bacarıqları ilə də seçilir.

Excel üzrə Microsoft sertifikatına (MO-201, MO-211, MCE) malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavrtəhsil almış, Qiymətli kağızlar üzrə MBA üzrə təhsilini davam etdirir.

Fərəc Qurbanov

Maliyyə ixtisası üzrə təhsil almış, Microsoft sertifikatlı Excel eksperti və data analitikası sahəsində təcrübəli təlimçidir. O, Excel, Python, SQL, və Power BI kimi alətlər üzrə ixtisaslaşmış və hazırda Excel və Python təlimləri aparır. Rockvel Construction şirkətində Kommersiya üzrə mütəxəssis vəzifəsində çalışan Fərəc bəy müxtəlif təhsil mərkəzlərində layihə rəhbəri və təhsil meneceri kimi çalışmış, həmçinin IBM və digər nüfuzlu təşkilatlardan data analitikası üzrə beynəlxalq sertifikatlara yiyələnmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Onlayn və ənənəvi

Təlim sayı və vaxtı: 8 dərs (16 saat) / Həftədə 2 dəfə, saat 19:00-21:00

Kursa daxildir:

  • 24 saat / Həftədə 2 dəfə,saat 19:00-21:00;
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Proqram

Dərs 1: Excel-də Maliyyə Məlumatlarının Təşkili

  • Sort & Filter (Sıralama & Filter): Əsas sıralama aləti
  • Custom List (Fərdi Siyahı): İstifadəçiyə uyğun sıralama yaratmaq
  • Filter menyusu: Süzgəc tətbiqləri üçün geniş imkanlar
  • Find & Select (Tap & Seç) menyusu: Məlumat tapmaq və idarə etmək
  • Go To (Keç): Hüceyrələrə sürətli keçid
  • Go To Special (Fərqli tap seç): Xüsusi hüceyrə növlərini seçmək (boşlar, formulalar, şərtli formatlar və s.)
  • Remove Duplicates (Təkrarlananları sil): Məlumatların təmizlənməsi
  • Text to Columns: Bir hüceyrədəki məlumatları sütunlara ayırmaq
  • Data Validation: Siyahılarla məlumat daxil etməni məhdudlaşdırmaq
  • Flash Fill: Nümunəyə əsasən avtomatik məlumat tamamlanması (Excel 2013+)
  • Conditional Formatting: Məlumatlara vizual şərti formatlar tətbiq etmək
  • Excel Table (Ctrl+T): Dinamik məlumat cədvəli yaratmaq
  • Freeze Panes: Sütun/sətri sabit saxlamaq

Dərs 2: Bank Sənədlərinin Təhlili və Uyğunlaşdırılması

  • INDEX – Müəyyən bir sıra və sütun əsasında məlumat çıxarır
  • MATCH – Axtarılan dəyərin mövqeyini tapır (çox vaxt INDEX ilə birlikdə istifadə olunur)
  • VLOOKUP – Şaquli axtarışla uyğun məlumatı tapır
  • HLOOKUP – Üfüqi axtarışla uyğun məlumatı tapır
  • XLOOKUP – Həm şaquli, həm üfüqi axtarış üçün müasir və güclü funksiya
  • IF – Şərtə əsaslanan nəticə çıxarır
  • IFERROR – Səhvləri idarə etmək üçün istifadə olunur
  • TEXT – Tarix və say formatlarını mətnə çevirmək üçün istifadə olunur
  • VALUE – Mətn formatındakı rəqəmi rəqəmə çevirir
  • DATE – İlin, ayın və günün birləşdirilməsi ilə tarix yaradır
  • CONCATENATE (və ya yeni versiyası TEXTJOIN, CONCAT) – Hüceyrə məzmunlarını birləşdirir
  • Pivot Table: Bank dövriyyəsinin ay, növ və ya məbləğ üzrə təhlili
  • Conditional Formatting: Uyğunsuz ödəniş və ya boş satırları vizual göstərmək
  • Remove Duplicates: Dublikat əməliyyatların silinməsi
  • Data Validation: Yanlış daxil edilən tarixlərin və ya hesab nömrələrinin qarşısını almaq
  • Named Ranges: Daha oxunaqlı və idarəolunan formulalar üçün

Dərs 3: Debitor və Kreditor Borclarının İzlənməsi, Gecikmə gün sayının hesablanması

📌Şərti və Tarix Əməliyyatları:

  • IF – Şərti olaraq borcun olub-olmadığını və ya gecikməni göstərmək üçün
  • TODAY – Bugünkü tarixi almaq (dinamik analiz üçün)
  • DATEDIF – Borcun neçə gün gecikdiyini hesablamaq üçün

📌 Axtarış və uyğunlaşdırma:

  • VLOOKUP – Debitor/kreditorun adını axtararaq borc məbləğini tapmaq
  • XLOOKUP – Daha çevik axtarış üçün müasir alternativ

📌 Cəmləmə və hesablama funksiyaları:

  • SUM, SUMIF, SUMIFS – Borcların cəmi, şərtli borcların cəmi
  • COUNT, COUNTA, COUNTBLANK – Hüceyrələrin sayılması (dolu, boş, ümumi)
  • COUNTIF, COUNTIFS – Məsələn, borcu olan müştərilərin sayını hesablamaq

📌 Analitik funksiyalar:

  • LARGE, SMALL – Ən böyük və ən kiçik borc məbləğini tapmaq
  • MAX, MIN, MEDIAN – Statistika və analitik qərar üçün
  • RANK – Müştəriləri borc məbləğinə görə sıralamaq

📌 Vizual və idarəetmə alətləri:

  • Conditional Formatting – Borcu keçmiş və ya yüksək borclu müştəriləri işarələmək
  • Charts (Column, Bar, Pie) – Vizual analiz üçün borc statistikaları
  • Pivot Table: Debitor və kreditorları qruplaşdırmaq, məbləğləri ümumiləşdirmək
  • Data Validation: Debitor adı seçimlərini siyahı şəklində təqdim etmək
  • Dynamic Named Ranges: Borc siyahılarında avtomatik genişlənən aralıqlar
  • SORT & FILTER: Təsnif və təhlil üçün rahatlıq

Dərs 4: Gömrük və Alış Məlumatlarının Emalı

Mətnin bölünməsi və birləşdirilməsi:

  • TEXT TO COLUMNS – Məlumatları sətirdən sütunlara bölmək (məsələn: “123|Bakı|AZE” formatı)
  • CONCAT / CONCATENATE / TEXTJOIN – Hüceyrə məzmunlarını birləşdirmək üçün
  • TEXT – Tarix və ədədləri xüsusi formatda göstərmək (məsələn: 01.05.2025 → “May-2025”)

📌 Mətn təhlili və axtarış funksiyaları:

  • FIND / SEARCH – Mətndə simvol və ya sözün mövqeyini tapmaq
  • EXACT – İki mətnin tam olaraq eyni olub-olmadığını yoxlamaq

📌 Mətn parçalama funksiyaları:

  • LEFT, RIGHT, MID – Mətnin içindən müəyyən hissələri çıxarmaq (kod, tarix, indeks və s.)
  • LEN – Mətndəki simvol sayını hesablamaq

📌 Mətn dəyişmə funksiyaları:

  • REPLACE – Mətndəki müəyyən hissəni dəyişdirmək
  • SUBSTITUTE – Verilmiş hissəni başqa bir hissə ilə əvəz etmək
  • REPT – Eyni simvolu təkrar etmək (məsələn: **** vizual üçün)

📌 Mətn təmizləmə və normallaşdırma:

  • TRIM – Artıq boşluqları silmək
  • LOWER – Hərfləri kiçik etmək
  • UPPER – Hərfləri böyük etmək
  • PROPER – Hər sözün baş hərfini böyük etmək (adlar üçün)

📌 Ədədlərlə işləmə:

  • NUMBERVALUE – Mətn kimi yazılmış rəqəmi nömrəyə çevirmək (xüsusilə vergül/nöqtə problemi olan ölkələrdə)
  • Data Cleaning Tool (Power Query): Böyük miqyaslı məlumatların təmizlənməsi üçün ideal alətdir (əlavə dərsdə öyrədilə bilər)
  • Flash Fill: Məlumat strukturu təkrarlanırsa, avtomatik doldurmaq üçün əla funksiya
  • Error Checking + IFERROR: Məlumat strukturundakı uyğunsuzluqları aşkar etmək üçün

Dərs 5: ƏDV-nin Hesablanması və Qruplaşdırılması

  • IF – Məsələn, “ƏDV tətbiq olunurmu?” kimi şərtləri idarə etmək
  • IFERROR – Hesablama zamanı çıxan səhvləri əvəzləmək (sıfıra bölünmə və s.)
  • IFNA – N/A nəticələrini xüsusi mesajla əvəz etmək
  • IFS – Birdən çox şərtin ardıcıl yoxlanılması
  • AND / OR / NOT – Çoxsaylı şərtlərin eyni anda və ya alternativ şəkildə yoxlanması
  • FALSE – Məntiqi “səhv” dəyəri (test məqsədi ilə)

📌 Hesablama funksiyası:

  • ROUND – ƏDV məbləğini tam və ya 2 onluğa yuvarlamaq üçün
  • SUMIFS – Müxtəlif kriteriyalara əsasən ƏDV-lərin cəmlənməsi (məsələn: məhsul növü, tarix aralığı)

📌 Əlavə idarəetmə və təhlil alətləri:

  • Data Validation – İstifadəçinin yalnız doğru ƏDV faizini (məsələn: 0%, 1%, 18%) seçməsi üçün siyahı
  • Conditional Formatting (əlavə tövsiyə) – ƏDV uyğun olmayan əməliyyatları vizual göstərmək
  • Named Ranges (əlavə tövsiyə) – ƏDV faizləri və ya kateqoriyalar üçün daha aydın formulalar yaratmaq
  • Pivot Table: ƏDV kateqoriyalarına və dövrlərə görə qruplaşdırma və təhlil
  • FILTER funksiyası (Office 365 üçün): Məlumatların dinamik süzülməsi
  • LET funksiyası (Office 365 üçün): ƏDV hesablamalarında daha səliqəli formulalar qurmaq

Dərs 6: Kassa Əməliyyatları və Günlük Nəzarət

  • DATE – İl, ay, gün daxil edilməklə tarix yaratmaq
  • DATEVALUE – Mətn formatında verilmiş tarixi real tarixə çevirmək
  • DAY – Verilən tarixdən gün hissəsini çıxarmaq
  • DAYS – İki tarix arasındakı fərqi günlərlə hesablamaq
  • DAYS360 – 360 günlük təqvim əsasında tarix fərqi (mühasibatlıqda istifadə olunur)
  • EDATE – Verilən tarixdən müəyyən sayda ay əlavə etmək/çıxmaq
  • EOMONTH – Tarixə əsasən ayın son gününü tapmaq

 İş günü və təqvim hesablama funksiyaları:

  • NETWORKDAYS – İki tarix arasındakı iş günlərini hesablamaq
  • NETWORKDAYS.INTL – Fərdi təqvimlə iş günlərini hesablamaq (məsələn, həftənin hansı günləri istirahətdir)
  • WORKDAY – Başlanğıc tarixdən sonra neçə iş günü olduğunu hesablamaq
  • WORKDAY.INTL – İstirahət günlərini təyin edərək iş günü tapmaq
     Vaxt və vaxt hissələri:
  • TIME – Saat, dəqiqə, saniyə ilə vaxt yaratmaq
  • NOW – Cari tarix və saatı göstərmək
  • TODAY – Cari tarixi göstərmək (saat olmadan)
  • HOUR, MINUTE – Verilmiş vaxtdan saat və dəqiqə çıxarmaq

 Həftəlik və aylıq hesablama:

  • WEEKDAY – Tarixə əsasən həftənin gününü (1-7 arası) göstərmək
  • WEEKNUM – Tarixə görə ilin neçənci həftəsi olduğunu göstərmək
  • CONCATENATE / CONCAT – Tarix, vaxt və məbləğləri vizual olaraq birləşdirmək
  • FILTER – Müəyyən tarix və məbləğə görə əməliyyatların filtrlənməsi (xüsusilə gündəlik nəzarət üçün)

Dərs 7: Əməkhaqqının Sadələşdirilmiş Hesablanması

Riyazi və məntiqi funksiyalar:

  • ROUND – Əmək haqqı və vergi məbləğlərini yuvarlaqlaşdırmaq (məsələn: 0.01 dəqiqliklə)
  • PRODUCT – Məsələn, saatlıq əmək haqqı × iş saatı (çoxsahəli çarpma əməliyyatı)

 Şərti məntiq funksiyaları:

  • IF – Şərtlərə əsasən fərqli əmək haqqı və ya vergi faizlərinin tətbiqi
  • AND / OR – Eyni anda bir neçə şərtin ödənib-ödənmədiyini yoxlamaq (məsələn, həm tam ştat, həm iş günü olarsa)

 Axtarış funksiyası:

  • VLOOKUP – Məsələn, əmək haqqı cədvəlindən və ya vergi dərəcəsi cədvəlindən dəyərlərin alınması (və ya əlavə güzəştlərin tətbiqi)

 İstifadəçi nəzarəti:

  • Data Validation – İş saatı, tarif dərəcəsi və bonus kimi dəyərlərin düzgün daxil edilməsi üçün menyular və məhdudiyyətlər

Əlavə Tövsiyələr (İstəyə bağlı əlavə oluna bilər):

  • IFERROR – Axtarış və hesablama zamanı xətalı nəticələrin qarşısını almaq
  • ABS – Mənfi əmək haqqı və ya çıxıntıların pozitiv formada göstərilməsi
  • Conditional Formatting – Minimum əmək haqqından aşağı dəyərlərin vizual qeyd olunması

Dərs 8: İş Saatlarının Excel ilə Qeydiyyatı

Saat və dəqiqə hesablaması üçün funksiyalar:

  • HOUR – İşə başlama və bitmə saatlarını çıxarmaq (məsələn: 09:00 → 9)
  • MINUTE – İş vaxtı daxilində dəqiqəlik dəqiqliklə izləmə
  • SECOND – Saniyəlik dəqiqlik (çox vacib olmasa da, texniki sistemlərdə istifadə oluna bilər)
  • TIME – Saat, dəqiqə, saniyə ilə tam vaxt qurmaq

 Tarix və dövr izləmə funksiyaları:

  • MONTH – İş vaxtlarının hansı aya aid olduğunu müəyyən etmək
  • YEAR – Hesabatların illik qruplaşdırılması üçün
  • NOW – Cari tarix və saatı dinamik göstərmək
  • TEXT – Tarixi və vaxtı xüsusi formatda göstərmək (məsələn: “hh:mm”, “dddd”, “yyyy-mm”)

 İş günü və istirahət günləri hesablama:

  • NETWORKDAYS – Başlama və bitmə tarixləri arasında neçə iş günü olduğunu tapmaq
  • WORKDAY – Məsələn, 5 iş günü sonrakı tarixi hesablamaq (planlama üçün istifadə olunur)

 Vizual nəzarət və təhlil:

  • Conditional Formatting – Nəzarət üçün: məsələn, 9 saatdan çox işlənmişsə qırmızı ilə işarələ, gecikmə varsa xəbərdarlıq göstər
  • DATEDIF – Başlama və bitmə tarixləri arasında ümumi gün fərqini hesablamaq (əlavə analiz üçün)
  • IF + TEXT – Giriş və çıxış saatı uyğun gəlmədikdə xəbərdarlıq mesajı (məsələn: gec gəlmə halları)

Dərs 9: Təhvil-Təslim Forması və Tarix İzlənməsi

  • TODAY() funksiyası – Bu funksiya bugünkü tarixi gətirir və əsasən tarixlərin müqayisəsi və ya hesabatlarda istifadə olunur.
  • DATEDIF() funksiyası – İki tarix arasındakı fərqi hesablamaq üçün istifadə edilir. Bu, təhvil-təslim formalarının izlənməsi üçün çox faydalıdır.
  • IF() funksiyası – Müəyyən şərtlər əsasında məlumatları yoxlamaq və fərqli nəticələr göstərmək üçün istifadə olunur. Məsələn, təhvil-təslim vaxtını nəzərə alaraq “götürülüb” və ya “gözləyir” statusu göstərmək.
  • TEXT() funksiyası – Tarix və digər məlumatları xüsusi formatda göstərmək üçün istifadə edilir. Bu, məlumatların daha oxunaqlı olmasına kömək edir.
  • Conditional Formatting (Şərti Formatlaşdırma) – Təhlil və hesabatlar zamanı, məsələn, təhvil-təslim tarixlərinin vaxtı keçmiş olanları qırmızı ilə işarələmək üçün istifadə olunur.
  • VLOOKUP() və HLOOKUP() funksiyaları: Bu funksiyalar məlumatları daha asan şəkildə tapmaq və əlaqələndirmək üçün çox faydalıdır. Təhvil-təslim formaları ilə işləyərkən, məhsul və ya təhvil alan şəxsin məlumatlarını bir cədvəldən çəkmək üçün istifadə edilə bilər.
  • SUMIF() və COUNTIF() funksiyaları: Şərtlərə uyğun toplama və sayma əməliyyatları edərək hesabatlar daha da dəqiqləşdirilə bilər.

Dərs 10: Alış-Satış Anbar Proqramının qurulması

  • VLOOKUP() və XLOOKUP() funksiyaları – Məhsul koduna görə məlumatları müxtəlif cədvəllərdən əlaqələndirmək və axtarmaq üçün istifadə edilir. Vahid bəyannamə hazırlayarkən bu funksiyalar çox faydalıdır, çünki əlaqədar məlumatları tez bir şəkildə tapmağa kömək edir.
  • IF() funksiyası – Stok azaldıqda xəbərdarlıq
  • IFS() funksiyası – Kateqoriyaya görə endirim tətbiqi
    IFERROR/IFNA() funksiyaları – Xətaları idarə etmək
  • TEXTJOIN() funksiyası – Məhsul məlumatlarını birləşdirmək
    DATEDIF() funksiyası – Məhsulun anbarda neçə gün qaldığını hesablamaq
  • Conditional Formatting – Stok bitən məhsulları qırmızı ilə işarələmək
  • PivotTable – Kateqoriya üzrə satış analizi
  • FILTER() funksiyası – Stokda olan məhsulları filtrləmək
  • UNIQUE() funksiyası – Təkrarlanmayan kateqoriya siyahısı yaratmaq

Dərs 11: Vahid Bəyannamənin tərtib edilməsi

  • SUMIF() və SUMIFS() funksiyaları – Mühasiblər vahid bəyannamələrdə müəyyən şərtlərə uyğun olaraq cəm hesablamaq üçün bu funksiyalardan istifadə edirlər. Bu funksiyalar xüsusilə vergi hesabatlarında, gəlir və xərclərin ümumi məbləğlərini hesablamaqda faydalıdır.
  • TEXT() funksiyası – Məlumatları formatlamaq üçün istifadə edilir. Məsələn, tarixləri və ya rəqəmləri xüsusi formatlarda göstərmək üçün TEXT() funksiyası istifadə oluna bilər.
  • IF() funksiyası – Şərtlər əsasında müəyyən nəticələr çıxarmaq üçün istifadə olunur. Bu, bəyannamə üzərində müvafiq məlumatları yoxlamağa kömək edir və vergi dərəcələri kimi dəyişən məlumatlar əsasında düzgün hesablamalar aparmağa imkan verir.
  • VLOOKUP() və XLOOKUP() funksiyaları – Məlumatları müxtəlif cədvəllərdən əlaqələndirmək və axtarmaq üçün istifadə edilir. Vahid bəyannamə hazırlayarkən bu funksiyalar çox faydalıdır, çünki əlaqədar məlumatları tez bir şəkildə tapmağa kömək edir.
  • Pivot Table (Yekun Cədvəl) – Vahid bəyannamədəki məlumatların qruplaşdırılması və daha yaxşı analiz edilməsi üçün pivot cədvəli istifadə olunur. Məsələn, illik gəlir və xərclərin ümumi məlumatlarını toplamaq üçün.
  • Conditional Formatting (Şərti Formatlaşdırma) – Vahid bəyannamə üzərində müvafiq məlumatları asanlıqla tapmaq üçün, məsələn, ödəmə tarixləri və ya gecikmiş ödənişlər üçün şərti formatlaşdırma istifadə edilə bilər.

Dərs 12: Nümunə Layihə: ƏDV + Kassa + Əmək haqqı İnteqrasiyası

  • SUMIFS() funksiyası – Müxtəlif şərtlərə əsasən cəm hesablamaq üçün istifadə olunur. Bu, ƏDV, kassa və əmək haqqı ilə bağlı məlumatları təhlil etmək üçün çox faydalıdır. Məsələn, müəyyən dövrə və ya işçiyə görə əmək haqqını hesablamaq.
  • IF() funksiyası – Şərtlər əsasında hesablama və qərar vermək üçün istifadə edilir. Bu funksiya, məsələn, əmək haqqının vergi dərəcəsinə görə müəyyənləşdirilməsi və ya ƏDV-nin ödənilməməsi hallarında istifadə oluna bilər.
  • ROUND() funksiyası – Nəticələri yuvarlaqlaşdırmaq üçün istifadə edilir. Vergi və əmək haqqı hesablamalarında, ümumiyyətlə, cəm və çıxarılan rəqəmlərin dəqiqliyini təmin etmək üçün ROUND() funksiyası istifadə olunur.
  • Data Validation (Veri Yoxlama) – Giriş məlumatlarının düzgünlüyünü təmin etmək üçün istifadə olunur. Məsələn, istifadəçilərin yalnız müəyyən tarixlər və rəqəmlər daxil etməsini təmin etmək və səhvlərin qarşısını almaq üçün data validation tətbiq oluna bilər.
  • Pivot Table (Yekun Cədvəl) – ƏDV, kassa və əmək haqqı məlumatlarını qruplaşdırmaq və ümumiləşdirmək üçün pivot cədvəlindən istifadə edilə bilər. Məsələn, aylıq əmək haqqı, vergi ödənişləri və digər göstəriciləri qruplaşdırmaq üçün.
  • VLOOKUP() və XLOOKUP() funksiyaları – Məlumatları birləşdirmək və axtarmaq üçün istifadə edilə bilər. Bu, əmək haqqı, vergi və digər məlumatları əlaqələndirmək üçün faydalıdır.
  • IFERROR() funksiyası – Hesablama nəticələrində səhvlərin qarşısını almaq üçün istifadə edilir. Məsələn, əmək haqqı hesablamasında yanlış məlumatın daxil edilməsi halında, nəticə sıfır və ya müəyyən bir şərtlə göstərilə bilər.
  • TEXT() funksiyası – Hesablama nəticələrini xüsusi formatlarda göstərmək üçün istifadə edilir. Məsələn, vergi dərəcələrinin faiz şəklində və ya tarixlərin doğru formatda göstərilməsi üçün.
  • DYNAMIC CHARTS (Dinamik Qrafiklər) – Məlumat dəyişdikcə qrafiklərin avtomatik olaraq yenilənməsini təmin edir. Bu xüsusiyyət, hesabatlarda qrafiklərin interaktivliyini və dinamikliyini artırır.
  • Power Query – Məlumatların təmizlənməsi və birləşdirilməsi üçün istifadə edilə bilər. Layihənin müxtəlif mərhələlərində məlumatların daha asan şəkildə hazırlanmasına kömək edir.

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 212 34 72

Ünvan: Caspian Plaza

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 8 %-ə yaxın artıb

posted in: Xəbər | 0

Bu il oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 % artaraq 837,8 min olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, 9 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 7,7 % artaraq 56,9 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 % artaraq 228,5 minə çatıb.

Mənbə: report.az

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 108 631 ədəd yeni nəsil NKA quraşdırılıb.

“Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Azərbaycanda üztanımaya əsaslanan təmassız ödəmə üsulu tətbiq olunacaq

 

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması hansı hallarda və hansı məbləğdə tətbiq olunur?

posted in: Xəbər | 0

Əsas vəsaitlər hər bir müəssisənin işini qurmaq və gəlir əldə etmək üçün ən vacib amillərdəndir. İstər bina, istər avadanlıq, istərsə də avtomobilin normal işlək vəziyyətdə saxlanılması mütləqdir. Bu isə təmir üçün əlavə xərclərin həyata keçirilməsini tələb edir. Bəs bu xərclər hansı hallarda və qaydada gəlirdən çıxıla bilər? 

Mövzu ilə bağlı suala sərbəst mühasib Nurlan Mustafayev aydınlıq gətirir. 

Vergi Məcəlləsində təmir xərclərinin uçotu əhatəli şəkildə əks olunub. Qanunvericilikdə bu xərclərın hansı həddə gəlirdən çıxıla bilməsi, icarə obyektlərində təmir zamanı tətbiq olunan qaydalar dəqiq təsbit edilib.

1. Təmir xərclərinin gəlirdən çıxılması qaydaları

Vergi Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə, hər il üçün gəlirdən çıxılan təmir xərclərinin məbləği əsas vəsaitlərin əvvəlki ilin sonuna balans üzrə qalıq dəyəri əsasında faizlə hesablanır. Bu faizlər kateqoriyalara görə dəyişir:

– Binalar, tikililər və qurğular: qalıq dəyərin 2%-i;
– Maşınlar və avadanlıqlar: qalıq dəyərin 5%-i;
– Yüksək texnologiyalı hesablama texnikası: qalıq dəyərin 5%-i;
– Minik avtomobilləri və digər nəqliyyat vasitələri: qalıq dəyərin 5%-i;
– Yük avtomobilləri: qalıq dəyərin 8%-i;
– Digər əsas vəsaitlər: qalıq dəyərin 3%-i;
– Amortizasiya hesablanmayan əsas vəsaitlər: 0% (yalnız torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olunur).

Burada əsas məqam odur ki, faktiki təmir xərci icazə verilən həddən azdırsa, yalnız faktiki məbləğ gəlirdən çıxılır. Faktiki təmir xərci icazə verilən həddən çoxdursa, yalnız hədd qədər gəlirdən çıxılır, qalan hissə isə əsas vəsaitlərin balans dəyərinə əlavə olunur.

Misal 1

Tutaq ki, müəssisənin ilin sonunda balansı belədir:

Binalar (114.3.1): 400.000 manat;
Avtomobillər (114.3.2): 200.000 manat – bunun 150.000 manatı yük, 50.000 manatı minik avtomobilidir. İl ərzində faktiki təmir xərci: 10.000 manat təşkil edib.

Hesablama:
Binalara görə: 400.000 x 2% = 8.000 manat;
Minik avtomobilinə görə: 50.000 x 5% = 2.500 manat;
Yük avtomobilinə görə: 150.000 x 8% = 12.000 manat;
Ümumi limit = 22.500 manat;
8.000 + 2.500 + 12.000 = 22.500 manat.

Göründüyü kimi, faktiki təmir xərci ayrılan limitdən (10.000 manat) azdır. Bu halda gəlirdən çıxılacaq məbləğ 10.000 manat olacaq.

İndi isə fərz edək ki, faktiki təmir xərci 30.000 manat, limit isə 22.500 manat olub. Bu halda təmir limiti tam olaraq gəlirdən çıxılır. Qalan hissə isə əsas vəsaitlərin balansına əlavə edilir:
30.000 – 22.500 = 7.500 manat.

Bunun biznes üçün faydası odur ki, artıq xərclər itmir sadəcə, gələcək illərdə amortizasiya yolu ilə xərclərə çevrilir.

2. İcarəyə götürülən əsas vəsaitlərin təmiri

Bir çox şirkətlər binaları və ya avadanlıqları icarəyə götürərək istifadə edir. Bu halda da təmir xərcləri ortaya çıxır. Bəs həmin xərləri kim ödəyəcək və bu xərclər gəlirdən çıxılacaqmı?

Vergi Məcəlləsinin 115.5-ci maddəsinə görə, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.

Əgər təmir xərcləri icarə haqqı ilə əvəzləşdirilibsə və ya icarəyə verən tərəfindən ödənilibsə, bu xərclər gəlirdən çıxılmır. Əgər təmir xərcləri icarəçinin hesabına aparılıb, amma icarəyə verən tərəfindən ödənilməyibsə və ya icarə haqqına daxil edilməyibsə, bu münasibətlər Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir. Bu halda xərclər müqavilə müddətində, lakin 5 ildən az olmamaq şərtilə illər üzrə mütənasib amortizasiya edilərək gəlirdən çıxılır.

Misal 2

Müəssisə 2024-cü ildə balansında uçota alınmayan icarəyə götürdüyü obyektin təmiri üçün 100.000 manat vəsait xərcləyib. İcarə müqaviləsinin müddəti 10 ildir. Təmir xərcləri nə icarə haqqına daxil edilib, nə də icarəyə verən tərəfindən ödənilib. Bu halda hesablama belə olacaq:

100.000 : 10 il = 10.000 manat.

Deməli, müəssisə hər il təmir xərclərinin 10.000 manatını gəlirdən çıxacaq.

3. Xüsusi qeydlər və vacib nüanslar

Əgər əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri sıfırdırsa, təmir xərclərinin faktiki məbləği balans dəyərinə əlavə olunur və gələcəkdə amortizasiya hesablanır. Təmir xərclərinin gəlirdən çıxılma məhdudiyyəti sadəcə vergi uçotu üçün tətbiq edilir. Bu, müəssisənin öz vəsaiti hesabına daha çox təmir işləri görməsinə mane olmur. Təmir xərcləri düzgün sənədləşdirilməzsə (məsələn, kassa çeki, qaimə-faktura, müqavilə), gəlirdən çıxılma hüququ itirilə bilər.

Onu da deyək ki, təmir xərclərinin gəlirdən çıxılması sadəcə hüquqi texniki norma deyil, eyni zamanda şirkətin maliyyə planlaması üçün vacib vasitədir. Müəssisələr limit çərçivəsində təmir xərclərini dərhal gəlirdən çıxmaqla vergi yükünü azalda bilirlər. Artıq məbləğlər isə balans dəyərinə əlavə olunur və gələcəkdə amortizasiya vasitəsilə xərclərə çevrilir. İcarə obyektlərində isə düzgün müqavilə şərtləri təmir xərclərinin uçotunu tamamilə dəyişə bilər.

Beləliklə, düzgün uçot və planlama aparmaqla müəssisələr həm maliyyə şəffaflığını, həm də vergi optimizasiyasını təmin edə bilərlər.

Mənbə: vergiler.az

Rezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi?

1 116 117 118 119 120 121 122 2. 382
error: Content is protected !!