Üç mindən çox vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib

posted in: Xəbər | 0

2025-ci ilin yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 429.580 şəxs qəbul edilib, onlara 682.504 sayda xidmət göstərilib ki, bunun da 241 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 150 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,3 faizini təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25,4 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 19,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 3.024 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 3.806 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyon 215 minə yaxın SMS göndərilib.

Yanvar – sentyabr ayları ərzində ümumilikdə 236.862 müraciət üzrə 361.361 sayda Asan İmza sertifikatı verilib.

Mənbə: vergiler.az

Vergi ödəyiciləri üçün yeni istifadəçi təlimatları hazırlanıb

Kapital Bank 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatına layiq görüldü

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq “Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq, işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi. Bu nailiyyət Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.

Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır. Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini qiymətləndirir.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və dəstək dayanır. “Artıq üçüncü ildir ki, Kapital Bank beynəlxalq “Mükəmməl iş yeri” sertifikatına layiq görülür. Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların özlərini dəyərli hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib olmasıdır. 20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir”.

Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə verdiyi önəmin və insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla yanaşı, onun ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir. Bank bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?

Auditorlar haqqında doğru bilinən yanlışlar

posted in: Xəbər | 0

Mövzunu “İATM Audit and Consulting” MMC-nin auditoru İlkin Lələyev şərh edir. 

Audit xidməti zamanı ünvanlanan suallardan, təcrübədən deyə bilərik ki, biznes mühitində auditorlar haqqında bir sıra yanlış fikirlər mövcuddur. Aşağıda 3 doğru bilinən yanlış barədə məlumat vermək doğru izahını çatdırmaq istərdim.

1. Auditorlar maliyyə hesabatları hazırlayır, ona rəy verir

Audit yoxlaması üçün müraciət edən bəzi sahibkarlıq subyektlərində maliyyə hesabatlarının hazırlanmadığının şahidi oluruq. Sahibkar düşünür ki, auditor gəlib bu hesabatları hazırlayacaq, sonra onu yoxlayaraq rəy verəcək. Ancaq bilmək lazımdır ki, auditor şirkətin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına (BAS) uyğun tərtib edildiyini yoxlayaraq rəy verən şəxsdir. Ona görə də kənar audit xidməti üçün müraciət edən şirkətdə maliyyə hesabatları hazır olmalıdır ki, auditor bu hesabatları BAS-a uyğun yoxlasın, rəy versin. Adətən, auditor təşkilatları sahibkarlıq subyektlərinə maliyyə hesabatlarının hazırlanması xidmətinin göstərilməsini təklif edirlər. Bu zaman diqqət edilməli məqam budur ki, maliyyə hesabatlarının hazırlanması xidmətini göstərən auditor təşkilatı və ya sərbəst auditor özünün hazırladığı həmin hesabatın yoxlanması və ona rəy verilməsi xidmətini göstərə bilməz. Bunun üçün başqa auditor təşkilatına və ya sərbəst auditora müraciət edilməlidir.

2. Auditor bütün səhvləri tapır

Auditor cəlb edən bəzi sahibkarların fikrincə, o, maliyyə əməliyyatlarını A-dan Z-yə yoxlayacaq, bütün səhvlərini aşkarlayacaq. Halbuki 200 nömrəli BAS-a əsasən, auditor əhəmiyyətli səhvlərin aşkarlanması üçün riskəsaslı seçmə üsulu ilə nümunələr götürərək yoxlama aparır. Bu o deməkdir ki, bütün maliyyə əməliyyatlarını yoxlamaq praktiki cəhətdən mümkün olmadığı üçün auditor müəyyən formada yoxlanmalı əməliyyatları seçir, həmin əməliyyatların yoxlanışı əsasında şirkətin maliyyə hesabatlarını dəyərləndirir, rəy verir. Eyni zamanda, 240 nömrəli BAS-a görə, auditorun bütün səhvləri aşkarlamaq məsuliyyəti yoxdur, o, əhəmiyyətli səhvləri müəyyən etməlidir.

3. Auditor ancaq maliyyə hesabatlarını yoxlayır və rəy verir

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq, maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Yəni auditor təkcə maliyyə hesabatlarını yoxlayıb ona rəy verən şəxs deyil, o, həmçinin, təşkilatla bağladığı müqavilə ilə şirkətdə müxtəlif istiqamətdə yoxlamalar (daxili audit, vergi auditi və s.) apara, mühasibat uçotunu qura, maliyyə hesabatlarını hazırlaya bilər.

Mənbə: vergiler.az

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı artır

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 9,7 faiz artıb

posted in: Xəbər | 0

Bu ilin sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: vergiler.az

Könüllü qaydada ƏDV ödəyicisi olan vergi ödəyiciləri bəyannamələri nə vaxt təqdim etməlidir?

1 113 114 115 116 117 118 119 2. 382