Hansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?

posted in: Xəbər | 0

ƏDV ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektləri istehsal fəaliyyəti ilə məşğul olursa, istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə vergi orqanına məlumat təqdim etməlidirlərmi? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilir.

Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, ƏDV ödəyicisi olub-olmamasından aslı olmayaraq, mikro və kiçik sahibkarlıq subyektləri qeyd olunan maddənin məqsədləri üçün istisna edilib.

Əsas: Vergi məcəlləsinin 16-cı və 57-ci maddələri

Mənbə: vergiler.az

Qeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?

Peşəkar Excel Təlimi

posted in: Xəbər | 0

Peşəkar Excel Təlimi

Bu günkü dövrdə mühasib və maliyyə mütəxəssislərini Excel proqramı olmadan təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Çünki bir çox hallarda Excel bizə elə hesabatlar hazırlamağa imkan verir ki, bunu mühasibat proqramlarının özləri belə edə bilmir.

Əgər siz hələ də Excel-də istədiklərinizi rahatlıqla həyata keçirə bilmirsinizsə, bu bilikləri bizimlə qazana bilərsiniz. “Azərbaycan Mühasiblər Məktəbi”nin Peşəkar Excel Təlimində iştirak etməklə Excel-in mühasibat, maliyyə və insan resursları ilə bağlı gizli imkanlarını öyrənmək şansını əldə edəcəksiniz.

Təlim kimlər üçündür?

Təlim, müəyyən təcrübəsi olan və Excel-in potensialından maksimum istifadə etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub;
Təlim istənilən sahəyə uyğun olaraq fərdiləşdirilə bilər.

Təlimçi barədə:

Xəyal Səmədov

Rəqəmsal bacarıqların inkişafında 10 ildən artıq peşəkar təcrübəyə malik olan Xəyal Səmədov həm öz sahəsində ixtisaslaşmış təlimçi, həm də müxtəlif biznes strukturlarında liderlik etmiş bir mütəxəssisdir. Excel, Power BI, SQL və Python kimi alətlərdə dərin biliklərə sahib olan Xəyal bəy, yüzlərlə iştirakçını əhatə edən təlim proqramları ilə Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına töhfə verib.

Azercell, XalqBank, Veysəloğlu, Azərsun, McDonald’s, Hyundai və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edən Xəyal Səmədov, təkcə texniki bilikləri deyil, eyni zamanda analitik düşüncə, komanda idarəçiliyi və layihə rəhbərliyi bacarıqları ilə də seçilir.

Excel üzrə Microsoft sertifikatına (MO-201, MO-211, MCE) malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavrtəhsil almış, Qiymətli kağızlar üzrə MBA üzrə təhsilini davam etdirir.

Fərəc Qurbanov

Maliyyə ixtisası üzrə təhsil almış, Microsoft sertifikatlı Excel eksperti və data analitikası sahəsində təcrübəli təlimçidir. O, Excel, Python, SQL, və Power BI kimi alətlər üzrə ixtisaslaşmış və hazırda Excel və Python təlimləri aparır. Rockvel Construction şirkətində Kommersiya üzrə mütəxəssis vəzifəsində çalışan Fərəc bəy müxtəlif təhsil mərkəzlərində layihə rəhbəri və təhsil meneceri kimi çalışmış, həmçinin IBM və digər nüfuzlu təşkilatlardan data analitikası üzrə beynəlxalq sertifikatlara yiyələnmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Onlayn və ənənəvi

Kursa daxildir:

  • 24 saat / Həftədə 2 dəfə,saat 19:00-21:00;
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/CeRKxXES9HbmDipTa

Proqram

Dərs 1: İştirakçılar, Excel və klaviatura ilə tanışlıq

Home (Əsas səhifə) paneli

  • Clipboard (Mübadilə Qrupu)
  • Copy (Köçür)
  • Cut (Kəs)
  • Paste (Əlavə et)
  • Format Painter (Nümunəyə görə Formatla)
  • Paste Special (Xüsusi əlavə et)
  • Font (Şrift)

Home (Əsas səhifə) paneli

  • Alignment (Düzləndirmə)
  • Number formats (Xana tipləri)
  • Conditional Formatting (Şərti formatlaşdırma)
  • Cell Styles (Xana üslubları)
  • Insert (Əlavə etmə) menyusu
  • Delete (Sil) menyusu
  • Format menyusu
  • Border (Kənar çərçivələr)
  • Fill (Doldur)
  • Fill (Doldur) menyusu
  • Clear (Təmizlə) menyusu

Format As Table (Cədvəl kimi formatla)

Dərs 2: Home (Əsas səhifə) paneli

  • Sort&Filter (Sıralama&Filter)
  • Custom List (Fərdi Siyahı)
  • Filter menyusu
  • Find&Select (Tap&Seç) menyusu
  • Go to (Keç) menyusu
  • Go to Special ( Fərqli tap seç)

Dərs 3: MATH & TRIG (Riyazi) funksiyalar

  • ARABIC function
  • INT function
  • MOD function
  • ROUND function
  • ODD function
  • POWER function
  • PRODUCT function
  • RAND function
  • RANDBETWEEN function
  • ROMAN function
  • ROUND function
  • ROUNDDOWN function
  • ROUNDUP function
  • SQRT function
  • SUBTOTAL function
  • SUM function
  • SUMIF function
  • SUMIFS function
  • SUMPRODUCT function
  • TRUNC function

Dərs 4: Statistical functions (Statistik funksiyalar)

  • AVERAGE function
  • AVERAGEIF function
  • AVERAGEIFS function
  • COUNT function
  • COUNTA function
  • COUNTBLANK function
  • COUNTIF function
  • COUNTIFS function
  • LARGE function
  • MAX function
  • MEDIAN function
  • MIN function
  • SMALL function
  • Rank function

Dərs 5: Text (Mətn) funksiyaları

  • CONCAT function
  • CONCATENATE function
  • EXACT function
  • FIND functions
  • LEFT functions
  • LEN functions
  • LOWER function
  • MID functions
  • NUMBERVALUE function
  • PROPER function
  • REPLACE functions
  • REPT function
  • RIGHT functions
  • SEARCH functions
  • SUBSTITUTE function
  • TEXT function
  • TEXTJOIN function
  • TRIM function
  • UPPER function

Dərs 6: Logical (Məntiqi) funksiyalar

  • AND function
  • FALSE function
  • IF function
  • IFERROR function
  • IFNA function
  • IFS function
  • NOT function
  • OR function
  • ISBLANK function
  • ISERROR function
  • ISEVEN function
  • ISFORMULA function
  • ISNA function
  • ISNONTEXT function
  • ISNUMBER function
  • ISODD function
  • ISTEXT function

Dərs 7: DATE (Tarix) funksiyaları

  • DATE function
  • DATEDIF function
  • DAY function
  • DAYS function
  • EDATE function
  • EOMONTH function
  • HOUR function
  • MINUTE function
  • MONTH function
  • NETWORKDAYS function
  • NETWORKDAYS.INTL function
  • NOW function
  • SECOND function
  • TIME function
  • TODAY function
  • WEEKDAY function
  • WEEKNUM function
  • WORKDAY function
  • WORKDAY.INTL function
  • YEAR function

Dərs 8: Təkrar

Hər kəs qrup yoldaşları üçün tapşırıq hazırlayır.

365 funksiyalar

Randarray, Let, Xlookup, Filter, Sortby, Sequence, Groupby, Pivotby, Unique, Let, Maxifs, Minifs, Vstack, Hstack maliyyə funksiyaları

Dərs 9: LOOKUP & REFERENCE (Axtarış və İstinad) funksiyaları

  • ADDRESS function
  • CHOOSE function
  • COLUMN function
  • COLUMNS function
  • FILTER function
  • INDEX function
  • INDIRECT function
  • MATCH function
  • OFFSET function
  • ROW function
  • ROWS function
  • TRANSPOSE function
  • VLOOKUP function

Dərs 10: Menu

  • Data
  • Review
  • View

Dərs 11: Menu

  • Page Layout
  • Pivot Table Analyze
  • Pivot Table Design

Dərs 12: Menu

  • Təkrar

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 212 34 72

Ünvan: Caspian Plaza

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, məzuniyyət hüququ, o cümlədən ödənişsiz məzuniyyət işçilərin əsas hüquqlarından biridir. Məcəllənin 9-cu maddəsinin “x” bəndinə əsasən, işçilərin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır. Bəs ödənişsiz məzuniyyət kimlərə və hansı şərtlərlə verilə bilər? İşəgötürən bundan imtina edə bilərmi? 

Mövzu ilə bağlı suallara insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir. 

Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?

Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Məcəllənin 129-cu maddəsində isə göstərilib ki, ödənişsiz məzuniyyətin 2 növü var:

– işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyət;
– tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyət.

İşçilərin xahişi ilə aşağıdakı hallarda və müddətə ödənişsiz məzuniyyət verilir:

– həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə – uşaq dörd yaşına çatanadək;
– arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
– 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək;
– orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə – bir təqvim ayınadək;
– Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;
– insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan valideynlərə – 14 təqvim gününədək;
– doktoranturada (adyunkturada) təhsil alan işçilərə – 1 təqvim ayınadək;
– ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə – 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;
– ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;
– ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
– əlilliyi olan uşaqları olan işçilərə – 14 təqvim gününədək;
– ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək.

Yuxarıda qeyd olunan hallarda işçi ödənişsiz məzuniyyətdən istifadə etmək üçün işəgötürənə müraciət etdikdə, işəgötürən işçinin məzuniyyətə buraxılmasını təmin etməlidir. Müvafiq hallarda tələb olunan sənədlərin təqdim edilməsi da şərtdir.

Ödənişsiz məzuniyyətlərin digər növü isə tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyətdir. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

Maddənin tələbindən də göründüyü kimi, əgər tərəflərin hər ikisinin razılığı olarsa, məzuniyyətdən istifadə edilə bilər. Əmək Məcəlləsinin 129-cu maddəsi üzrə tələblərdən biri də ödənişsiz məzuniyyətin müddətinin 6 aydan çox olmayaraq verilməsilə ilə bağlıdır. İşəgötürən razı olsa belə, tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox müddətə verilə bilməz.

Misal: İşçi işəgötürənin razılığı ilə 3 aylıq ödənişsiz məzuniyyətdən istifadə edir. Məzuniyyətdən sonra 1 ay işləyib, yenidən 4 aylıq ödənişsiz məzuniyyətdən istifadə edə bilər.

Digər hal isə ondan ibarətdir ki, istər tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyət, istərsə də işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyət hüququndan işçi əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan istifadə edə bilər.

İşəgötürən müəssisədə işin dayandırılması ilə əlaqədar işçiləri qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə də buraxa bilər. Bir şərtlə ki, işin normal ahəngini pozan amillər – təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olsun və işçilərlə bağlanmış kollektiv müqavilədə, belə müqavilələr bağlanmadığı hallarda isə əmək müqavilələrində şərtlər və qaydalar müəyyən edilmiş olsun.

Ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi qaydası

Əmək Məcəlləsinin 138-ci maddəsinin tələbinə əsasən, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəcamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin tələbindən göründüyü kimi, bütün növ məzuniyyətlərin, o cümlədən ödənişsiz məzuniyyətin də rəsmiləşdirilməsi üçün işçinin ərizəsi əsasında əmr (sərəncam, qərar) verilməlidir.

Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrü əmək məzuniyyəti hüququ verən staj hesablanarkən nəzərə alınmayan dövrə aiddir. Əgər işçi bir iş ili ərzində 2 ay müddətində ödənişsiz məzuniyyətdə olarsa, iş ilinin sonunda ona məzuniyyət verildikdə ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmayacaq.

Həmin maddədə məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan dövrlər aşağıdakı kimidir:

– işçinin faktiki işlədiyi vaxt;
– iş yerinin və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
– qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
– əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
– təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

İşçinin qismən ödənişli və ya ödənişsiz məzuniyyətdə olduğu dövr məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmayan dövr hesab edilir. Doğrudur, Əmək Məcəlləsinin 132-ci maddəsində birbaşa ödənişsiz məzuniyyət dövrünün məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmayan dövr kimi qeyd olunmasa da, lakin nəzərə alsaq ki, ödənişsiz məzuniyyət dövründə işçinin orta əməkhaqqı saxlanılmır və faktiki olaraq işləmir, qeyd edə bilərik ki, ödənişsiz məzuniyyət dövrü də məzuniyyət hüququ yaratmayan əmək stajına aiddir.

Onu da vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçilərin məzuniyyət hüquqlarının pozulmasına görə, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az

Mədəniyyət sahəsində hansı vergi güzəştləri tətbiq olunur?

Daşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?

posted in: Xəbər | 0

Mən daşınmaz əmlakın alqı-satqısı sahəsində şəxsi ofisimdə vasitəçi kimi fəaliyyət göstərirəm. VÖEN açmaq üçün hara müraciət etməliyəm və vergi uçotuna durduqdan sonra nə qədər ödəniş etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün vətəndaş, ilk növbədə, vergi orqanında uçota durmaqla VÖEN əldə etməli, daha sonra təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlidir.

Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq, sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılıqda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi bələdçisi” bölməsindən və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: vergiler.az

Mədəniyyət sahəsində hansı vergi güzəştləri tətbiq olunur?

 

 

1 120 121 122 123 124 125 126 2. 382