Onlarla ölkə müflis olmaq ərəfəsindədir

posted in: Xəbər | 0

Onlarla ölkə müflis olmaq ərəfəsindədir

müflisDünyanın onlarla ölkəsi yüksək dövlət borcu və zəif fiskal siyasət üzündən müflis olmaq həddinə çatıblar. Bu haqda ABŞ-ın CNN telekanalı məlumat verib.

Üç ölkə isə artıq bu il ərzində müflis olduqlarını (defolt) elan ediblər. Bunlar Argentina, Ekvador və Livan dövlətləridir. Fitch 2020-ci ilin dörd ayı ərzində 29 ölkənin kredit reytiniqini aşağı salıb, həmin ölkələrdən səkkizi yüksək defolt riskində (“C” diapozonu)  hesab olunurlar. Agentlikdən həmçinin bildirilib ki, daha 20 ölkənin kredit reytinqi də aşağı salına bilər. Defolt ərəfəsi vəziyyətində olan ölkələr bunlardır: Qabon, Mozambik, Konqo Respublikası və Zambiya. Onlara həmçinin Salvador, İrak və Şri-Lanka da qoşula bilər.

Vəziyyət son zamanlarda daha da pisləşib. Beş il ərzində kredit reytinqi ən pis vəziyyətdə olan ölkələr üçün defolt ehtimalı göstəriciləri 38,5%-ə kimi yüksəlib. “C” diapazonunda olan ölkələrdən yalnız beş ölkə defoltdan yayına bilib. Bir çox ölkələr malların, xüsusilə də neft ixracına ümid bəsləyirlər. Lakin, bu xammal növünə olan aşağı tələbat və hədsiz aşağı qiymətlər onların iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir.

Bundan əvvəl isə 100-dən çox ölkə maliyyə böhranının öhdəsindən gəlmək məqsədilə təcili kredit yardımı ilə bağlı Beynəlxalq valyuta fonduna (BVF) müraciət etmişdi. Təbii ki, bir çox ölkələrin maliyyə vəziyyətinin kəskin pisləşməsində koronavirus pandemiyasının rolu da danılmazdır. Hələ bu virus aşkara çıxarılmazdan öncə onsuz da maliyyə cəhətdən ağır vəziyyətdə olan bir sıra ölkələrə pandemiya çox dəhşətli zərbə vurdu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

posted in: Xəbər | 0

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları

Bu yazımızda bağlanmış müəssisələrdə çalışan şəxsləri düşünərək faydalı olacaq məsələləri qeyd etməyə üstünlük verdik.

Müəssisə ləğv olduqda işdən bu əsasla ayrılaraq əmək müqaviləsinə xitam verilən işçilərin bir neçə təminatı nəzərdə tutulmuşdur.

1) Əvvəla işçi işdən ayrıldığı ay üzrə faktiki işlədiyi günlərə müvafiq olaraq əmək haqqını almalıdır.

2) Əmək müqaviləsinə müəssisənin ləğv olunması ilə bağlı xitam verilən işçilərə müvafiq olaraq bu iş yerindəki əmək stajından asılı olaraq işdənçıxma müavinəti verilməlidir.

  1. a) 1 ilədək orta aylıq əmək haqqı (son iki aylıq əmək haqqı cəmi üzrə hesablanır)
  2. b) 1-5 ilədək orta aylıq əmək haqqının 1.4 misli
  3. c) 5-10 ilədək orta aylıq əmək haqqının 1.7 misli
  4. d) 10+ ilədək orta aylıq əmək haqqının 2 misli

3) İstifadə edilməmiş və iş ili üçün (əmək müqaviləsi bağlanan gündən növbəti ilin həmin günü olaraq hesablanır) müəyyən edilmiş növbəti əsas əmək məzuniyyəti üzrə məzuniyyət haqqı

4) Müəssisə tərəfindən işçiyə ödənilməli olan əlavə məbləğlər (vurulmuş zərərə görə kompensasiya, ezamiyyətlə əlaqədar ödənilməmiş ezamiyyət haqqı və digər ödənişlər)

5.1) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan çox, ümumilikdə 3 ildən çox sığorta stajı (məcburi dövlət sosial sığorta haqqı ödənildikdə yaranır) varsa, işçiyə aşağıdakı qaydada işsizlikdən sığorta ödənişi verilir.

  1. a) 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əmək haqqını 12yə bölməklə alınır) əmək haqqının 50%
  2. b) 5-10 il sığorta stajı olduqda orta aylıq əmək haqqının 55%
  3. c) 10+ sığorta stajı olduqda orta aylıq əmək haqqının 60%-i məbləğində.

Qeyd edək ki, bu ödəniş ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir.

5.2) Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, lakin ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əmək haqqı məbləğində ilk 6 ay yuxarıdakı nisbətlərə uyğun ödənilir.

Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əmək haqqı məbləğində və 3 ay işsiz olan müddət üçün ödənilir. Həmçinin 18 yaşadək uşağı olduqda yuxarıdakı faizlərə 5% (20%dən çox olmayaraq) əlavə etməklə işsizlikdən sığorta ödənişi verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“İçərişəhər” auditor seçir

posted in: Audit, Xəbər | 0

“İçərişəhər” auditor seçir

auditor audit

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəz audit xitmətlərinin satınalınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar tələb olunan sənədləri iyunun 18-nə qədər, tender təklifini isə iyunun 29-na qədər Bakı şəhəri, İçərişəhər, Böyük Qala, 41 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyunun 30-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?

posted in: Xəbər | 0

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi? (bank, sığorta sektoru və qiymətli kağızlar bazarı üzrə)

MüflisləşməBu yazımızda müflisləşmə halında sığorta sektoru üzrə hansı rəhbər işçilərinin, bank sektoru üzrə isə inzibatçıların yenidən rəhbər vəzifələrə təyinatı barədə qanunvericilik üzrə müvafiq izah verməyə çalışacağıq.

1) Bank sektoru

Bank sektoru üzrə inzibatçı anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı olmuş şəxslər 2 il ərzində başqa bankın inzibatçısı ola bilməzlər.

Qeyd edək ki, bank sektoru üzrə inzibatçı dedikdə bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri başa düşülür.

2) Sığorta sektoru

Sığorta sektoru üzrə sığortaçının rəhbər işçisi anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır.

Sığortaçının rəhbər işçisi olmaq istəyən bu şəxslər isə müflis elan olunaraq ləğv etmə barədə qərar qəbul edildikdən sonra 5 il müddətində rəhbər işçi vəzifələrinə təyin oluna bilməzlər.

Onu da qeyd edək ki, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləridir.

Göründüyü kimi 2 halda da müvafiq qərarın qəbulundan azı 1 il (12 ay) əvvəlki dövrdə müvafiq proseslərdə iştirak etmiş şəxslər (bank sektoru) yaxud rəhbər işçi vəzifəsində işləmiş şəxslərə müvafiq məhdudiyyət nəzərdə tutulur.

3) İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı olan müəssisələr – lisenziyalaşdırılan şirkətlər

Lisenziyalaşdırılan şirkətlər üzrə rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin və ya daxili audit xidmətinin üzvü olmamalıdırlar.

Qeyd edək ki, lisenziyalaşdırılan şirkətlərdə icra orqanının, müşahidə şurasının, daxili audit xidmətinin üzvü, habelə investisiya şirkətinin filiallarının rəhbərləri üçün bu tələb mövcuddur.

Bu sahədə digər iki sektordan fərqli olaraq müvafiq qaydada ləğv edilmiş şəxslərdə rəhbər vəzifə tutmuş işçilərin hansı müddətdə yenidən digər lisenziyalaşdırəlan şirkətlərdə rəhbər vəzifəyə təyin oluna bilməməsi qeyd edilməmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun