Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

posted in: Xəbər | 0

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri.

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrində əmlak və torpaq vergisindən azadolmalar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb

posted in: Audit, Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatasının mənfəəti 7 dəfə azalıb

Auditorlar Palatası 2019-cu ili 8 min manat mənfəətlə başa vurub.

Qurumun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2018-ci illə müqayisədə 6,9 dəfə azdır.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 968 min manat (əvvəlki ilə nisbətən 25,1% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 895 min manat (22,6% çox), ixtisasartırma və imtahan gəlirləri 31 min manat (27,9% az), qrant və ianələrdən gəlirləri isə 42 min manat (təxminən 28 dəfə çox) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 960 min manat (33,3% çox), o cümlədən işçilərə çəkilən xərclər 416 min manat (5,3% çox), ezamiyyə xərcləri 24 min manat (35,1% az), məlumat və reklam xərcləri 77 min manat (20,3% çox), çap və mətbuat xərcləri 11 min manat (37,5% çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 38 min manat (46,15% çox), ümidsiz borc xərcləri 86 min manat (62,3% çox), amortizasiya və qiymətdən düşmə xərcləri 16 min manat (30% az), rabitə xərcləri 38 min manat (52% çox), üzvlük haqqı xərcləri 19 min manat (dəyişməyib), audit və peşəkar məsləhət xidmətləri xərcləri 33 min manat (21,4% az), sair əməliyyat xərcləri 100 min manat (5,3 dəfə çox), bank xərcləri 6 min manat (50% çox), konfrans xərcləri 92 min manat (əvvəlki il olmayıb), icazə xərcləri isə 4 min manat (dəyişməyib) olub.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 474 min manat olub ki, bu da illik müqayisədə 9,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 77,3% artaraq 78 min manata, balans kapitalı isə 2,1% artaraq 396 min manata çatıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sabah bu şəhərlərdə dövlət qurumları saat 14:00-dək işləyəcək

posted in: Xəbər | 0

Sabah bu şəhərlərdə dövlət qurumları saat 14:00-dək işləyəcək

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət qurumları və orqanları üçün iş saatı qısaldılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Baş Nazir əhaliyə müraciət etdi

posted in: Xəbər | 0

MüraciətBaş Nazir əhaliyə müraciət etdi

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

“Hörmətli həmvətənlər!

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun