Həftəsonu məhdudiyyətlərinin siyahısı açıqlandı

posted in: Xəbər | 0

Həftəsonu məhdudiyyətlərinin siyahısı açıqlandı

karantin məhdudiyyətNazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilib.

Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılıb:

– siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

– xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

– .sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

– kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

– elektrik enerjisinin istehsalı və təchizatı;

– meliorasiya və su təsərrüfatı;

– rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

– dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

– boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

– fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

– neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

– fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib:

– həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

– yaxın qohumların dəfnində iştirakla əlaqədar.

– Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilib.

Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir

posted in: Bank, Xəbər | 0

Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir

Kapital Bank SberbankKapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə pul köçürməsi sahəsində əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Kapital Bank, Sberbank tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.

Hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın sayt və mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 50 000 Rusiya rublu (800 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. Sberbank-ın sayt və mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaqdır.

Qeyd edək ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmələri sistemi Sberbank tərəfindən keçən ilin əvvəllərində tətbiq olunub. Bu sistemə həmçinin Tacikistanın, Qırğızıstanın, Özbəkistanın və digər ölkələrin bankları da qoşulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

karantin“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.

3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 31 may 2020-ci il

Mənbə: cabmin.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək

icazəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi və proqram təminatına texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Nuqa Development” ASC-dir.

Qalib şirkətə 986 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun