Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (2-ci hissə)

posted in: Xəbər | 0

Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Digər zəngin ölkələrlə müqayisədə bu, necə görünür? Kasıblığa yüklənmiş nəsillərə harada yaşamaq daha asandır: Amerika, Kanada, Fransa, Böyük Britaniya və yaxud Yaponiyada?

Kanada

Kanada sistemi Amerika ilə təxminən eyni zamanda və onun ətrafında yaradılmışdır və bəzi fərqlər ilə, eyni prinsiplər əsasında qurulub.

Vilayətlər geniş fəaliyyət azadlığına malikdir. Əmək qabiliyyətli yardım alanlar fəal iş axtarmağa borcludurlar.

Fərq müavinətlərin alınmasına müvəqqəti məhdudiyyət qoyulmamasından ibarətdir və bəzi hallarda ona uşaqları olmayanlar da iddia edə bilərlər.

ABŞ-da olduğu kimi ödənişlər rəsmi yoxsulluq səviyyəsinə çatmır, lakin hələ də bir qədər yüksəkdir. Beləliklə, Ontario əyalətində bir uşaqlı tək valideyn ayda 941 Kanada (724 Amerika) dolları alır. Əlillər üçün ödənişlər daha yüksəkdir.

“Ümumilikdə, hər iki Şimali Amerika dövlətində siyasət yoxsulluğun azaldılmasından daha çox yardım alanların sayının azaldılmasına yönəlib, amma, ABŞ-da vəziyyət bir qədər pisdir”, – Saskaçevan əyalət universitetinin professoru Deniyel Beland belə qeyd edir.

Fransa

Ölkə səxavətli sosial ödənişlər ilə məşhurdur.

Amerikan “velfer”inin ən yaxın analoqu “Revenu de Solidarite active” (RFA) adlı proqramdır. Ondan uşağını tək böyüdən valideyn və ya əvvəl iş yerində çalışan və sonra iş yerini itirən 25 və ya 18 yaşdan yuxarı şəxslər istifadə edə bilərlər.

ABŞ-dan fərqli olaraq, uşaqların olması vacib şərt deyil, ancaq uşaqları olanlar daha çox yardım alırlar.

İki övladı olan tək valideynin başqa gəlir mənbəyi yoxdursa və digər sosial yardım növləri üçün müraciət etmirsə, ona ayda maksimum 1069 avro ödənilir.

ABŞ-Kanada, Fransa, Britaniya və Yaponiya arasında əsas fərq ondan ibarətdir ki, digər ölkələrdə gəlirlərindən asılı olmayaraq, uşaqları olan ailələrə müxtəlif müavinətlər mövcuddur.

Amerikada vergi güzəştləri fəaliyyət göstərir, lakin onlardan yalnız vergi ilinin sonunda dövlətlə yekun hesablaşmada istifadə etmək olar.


Müxtəlif ölkələrdə “sosiallar”: yoxsula harada yaşamaq asandır? (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daşkənddən olan məmur “Xeyirxahlıq və dəstək” xeyriyyə fondundan pul mənimsəyib

posted in: Məqalə, Xəbər | 0

Daşkənddə xeyriyyə fondundan pul mənimsənilib

xeyriyyə fondu, pul mənimsəmə,Daşkənd vilayətinin Akkurqansk rayon hakiminn (icra başçısı) müavini “Məhəllə” fondunun rayon şöbəsinin baş mühasibi ilə birlikdə iki fonddan ümumilikdə 153 milyon sumdan (15 min dollar) çox vəsaitləri mənimsəyiblər. Bu hadisə barədə Özbəkistanın baş prokurorluğunun mətbuat xidməti məlumat verib. Cinayətdə şübhəli bilinənlərin adları çəkilməyib. Yalnız müvafiq olaraq ad və soyadlarının baş hərfləri (M.A. və B.N.) göstərilib.

Onlar birlikdə cinayət əlaqəsinə girərək, “Məhəllə” ictimai xeyriyyəçilik fondundan 109, 2 milyon sum (10,7 min dollar) və “Saxovat va kumak” (“Xeyirxahlıq və dəstək”) xeyriyyə fondundan isə 44 milyon sum (4,3 min dollar) vəsaitləri mənimsəyiblər. Mənimsədikləri pulları onlar özlərinin şəxsi ehtiyacları üçün sərf ediblər.

Mənimsəmə faktı üzrə Baş prokurorluğun Daşkənd vilayət idarəsi, Özbəkistan CM-nin 167-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə cinayət işi qaldırılıb. (Mənimsəmə və ya israfçılıq yolu ilə xüsusilə külli miqdarda oğurluq etmə).


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məhkəmə sistemi. Kommersiya Məhkəmələri

posted in: Xəbər | 0

Məhkəmə sistemi Kommersiya MəhkəmələriMəhkəmə sistemi. Kommersiya Məhkəmələri

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsini III hissəsinə görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsinə prinsipi əsasında təşkil edilir və məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 7-ci fəsli (Maddə 125-133) birbaşa olaraq məhkəmə hakimiyyəti ilə bağlı məsələləri tənzimləyir. Onu da qeyd edək ki, Konstitusiyanın 125-ci maddəsinin 1-ci hissəsinə görə məhkəmə hakimiyyətini Azərbaycan Respublikasında ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.

Bu yazımızda məhkəmə hakimiyyətinin bir parçası qismində yeni yaradılan kommersiya məhkəmələri barədə məlumat verməyə çalışacağıq.

Xatırlatmaq yerinə düşərdi ki, 09.07.2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanuna və Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli 1325 saylı sərəncamına əsasən ölkədə kommersiya məhkəmələrinin təşkil edilməsinə başlandı.

3 pilləli məhkəmə sistemi -nin 1-ci pilləsi üzrə çıxış edən kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrə (kommersiya mübahisələri də demək mümkündür) mülki məhkəmə icraatı qaydasında baxır. Kommersiya məhkəmələrində icraatın aparılması “elektron məhkəmə” informasiya sistemi vasitəsilə mümkündür. Bu sistem vasitəsilə icraatın başlanması üçün sənədlərin digər iştirakçılara və məhkəməyə göndərilməsi mümkündür.

Kommersiya məhkəmələrində işə tək hakim tərəfindən baxılır.

Aşağıdakı icraatlar üzrə işlərə kommersiya məhkəmələrində baxılır:

– Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat

Sahibkarlıq fəaliyyətinə aid olduğu halda

– İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

– Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat

– qanunla səlahiyyətlərinə aid edilən digər işlər

Mövzu çərçivəsində qeyd edək ki, hazırda 6 kommersiya məhkəməsi mövcuddur. Bu məhkəmələr aşağıdakı ərazilərdə fəaliyyət göstərir və yurisdiksiyası üzrə ətraf ərazilərin kommersiya mübahisələrinə də baxır.

– Bakı

– Gəncə

– Şəki

– Şirvan

– Sumqayıt

– Naxçıvan Muxtar Respublikası

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?

Müəssisənin ləğvi ilə işdən çıxan işçinin təminatları


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi müraciətKoronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmamışdır.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyi -nin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

İqtisadiyyat Nazirliyi

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun