» » » Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

  • “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

  • VM-nin 157-ci maddəsi
  • Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

Biznes hesabi

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün) (ilkin qeydiyyat zamanı: Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri,  MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikin qeydiyyat zamanı), MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti:

ərizə daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi

(e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi:

Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az