» » » Bravo-da Ödənişli təcrübə proqramı

Bravo-da Ödənişli təcrübə proqramı

posted in: Xəbər | 0

‘Praktikum’ Yay Təcrübə Proqramı haqqında ümumi məlumat

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün ‘Praktikum’ Yay Təcrübə Proqramı təşkil edir.

‘Praktikum’ tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiqini, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edib, şirkət peşəkarları tərəfindən təlimatlanıb, yay aylarında işləmək imkanı verir.

Biznes hesabi

‘Praktikum’ təcrübə proqramı kimləri əhatə edir?

  • 18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2018-ci il ‘Praktikum’ hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Qida alışı
  • Qeyri-qida alışı
  • İT və Biznes əməliyyatları
  • Mağaza əməliyyatları
  • Mağazaların inkişafı

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat
  • Komanda işi və yeni layihələrin inkişaf etdirilməsi
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

‘Praktikum’ Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək öz müraciətlərini xüsusi formanı dolduraraq internship@azerbaijansupermarket.com elektron ünvanına göndərə bilərlər.

Forma:  Müraciət forması (86 downloads )

Mənbə: www.bravosupermarket.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az