» » » Vergi, Əmək və İnzibati Xətalar Məcəlləsində kiçik dəyişikliklər edildi

Vergi, Əmək və İnzibati Xətalar Məcəlləsində kiçik dəyişikliklər edildi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (59.3-cü maddəsinin ikinci hissəsinə “gün ərzində” sözlərindən sonra “(bu Məcəllənin 179.1-ci və 179.2-ci maddələri ilə müəyyən edilən hallarda 20 gün ərzində)” sözləri əlavə edilsin.

 

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə  aşağıdakı məzmunda 461.1-1-ci maddə əlavə edilsin:

“461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə – fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir.”

 

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində  aşağıdakı dəyişikliklər edilsin:

  1. 4-cü maddənin 3-cü hissəsində “elmi tədqiqat və” sözləri “elmi müəssisə və təşkilatlar,” sözləri ilə əvəz edilsin.
  2. 50-ci maddənin 2-ci hissəsinin birinci cümləsində “bir qayda olaraq elm,” sözləri “elmi müəssisə və təşkilatlar və” sözləri ilə əvəz edilsin.
  3. 65-ci maddənin 2-ci hissəsinin ikinci cümləsinə “üç ildə” sözlərindən sonra “, elmi işçilər isə beş ildə” sözləri əlavə edilsin.
  4. 118-ci maddənin 1-ci və 2-ci hissələrinin “e” bəndində “elmi tədqiqat müəssisələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

Mənbə: www.president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.