» » » Bu məhsul üçün idxal gömrük rüsumu 10 dəfə artırıldı

Bu məhsul üçün idxal gömrük rüsumu 10 dəfə artırıldı

posted in: Xəbər | 0
birbank biznes

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən, tərkibində 85% və ya daha çox pambıq lifi olan, pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyinə tətbiq edilən gömrük rüsumu 10 dəfə artırılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda tərkibində 85% və ya daha çox pambıq lifi olan, pərakəndə satış üçün qablaşdırılmamış pambıq ipliyə 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən idxal gömrük rüsumu 5 faizə qaldırılacaq. Tərkibində 85% və ya daha çox pambıq lifi olan pərakəndə satış üçün qablaşdırılmış pambıq ipliyinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Kardo və ya daraqla daranmaya məruz qalmamış pambıq lifinə tətbiq edilən 5 faiz idxal gömrük rüsumu 3 dəfə artırılıb, 15 faizə çatdırılıb. Kardo və ya daraqla daranmaya məruz qalmış pambıq lifinə, o cümlədən pambıq lifinin tullantılarına (əyirmə tullantıları və didilmiş xammal da daxil olmaqla) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

Pərakəndə satış üçün qablaşdırılmamış tərkibində 85% və ya daha çox pambıq lifi olan tikiş saplarına tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv olunub. Pərakəndə satış üçün qablaşdırılmış tərkibində 85% və ya daha çox pambıq lifi olan tikiş saplarına tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə azaldılıb. Gələn ildən bu pambıq saplarına 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Pambıq parçalara gəlincə, tərkibində 85% və ya daha çox pambıq lifləri olan, səthi sıxlığı 200 q/ m2-dən çox olmayan pambıq kamuflyaj parçaya tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv olunub. Tərkibində 85% və ya daha çox pambıq lifləri olan, səthi sıxlığı 200 q/ m2-dən çox olmayan və tərkibində 85%-dən az pambıq lifi olan, əsasən və ya tamamilə kimyəvi liflərlə qarışdırılmış, səthi sıxlığı 200 q/m2 -dən çox olmayan pambıq parçalarına 15 faiz idxal gömrük rüsumu isə gələn ildən parçaların hər kvadratmetri üçün tətbiq olunacaq.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.