Vakansiya: Vergi üzrə Mühasib / İşəgötürən: Kaspi Təhsil Şirkəti
Mühasib üçün öhdəliklər
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi (MÖMV, ÖMV, MV, HŞƏV və s.), DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Vergi və digər dövlət qurumları ilə danışıqların aparılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi;
- Əsas vəsaitlərin amortizasiya və təmir xərclərinin qanunvericiliyə uyğun yoxlanılması;
- Kreditorlar üzrə ilkin sənədlərin yoxlanılması;
- Kreditorlar üzrə ödəniş tapşırıqlarının hazırlanması;
- Debitor borcların təqib edilməsi və debitorlardan banka daxil olan vəsaitlərin müvafiq debitora aid edilməsi;
- Kassa kitabına, bank əməliyyatlarına və e-Qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
Vakansiya barədə
- Müvafiq sahə üzrə ali təhsil;
- Sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
-
Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklər;
- Komandada işləmək bacarığı.
Əlavə məlumat
- İş qrafiki: I-V günlər 09:00-18:00
- İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti
Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az