» » » Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması

Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Qeyri-kommersiyaXidmətin adı: Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qeyri-kommersiya qurumunun və təhsil müəssisələrinin vergi uçotuna alınması haqqında ərizə”

– “Təsisçi-fiziki şəxslər barədə məlumat”

– təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti

 – “Təsisçi-hüquqi şəxslər barədə məlumat”

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunlarda nəzərdə tutulmuş və Vergi Məcəlləsindən fərqli olan müddəalar ilə tənzimlənən vergi ödəyicisi, xarici ölkələrin səfirlikləri və onlara bərabər tutulan diplomatik nümayəndəliklər olduqda)

– “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan qeyri-kommersiya hüquqi şəxs olduqda)

– dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnamənin (və ya əsasnamənin) notariat qaydasında təsdiq edilmiş surəti

– rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti

– hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti

– olduğu yer (ünvanı) haqqında məlumat

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Vergilər nazirinin  06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkilibölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 1gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Qeyri-kommersiya qurumunun və təhsil müəssisələrininvergi uçotu haqqında şəhadətnamə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.