Sual: Müəssisə VÖEN olmayan fiziki şəxslə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinə əsasən fiziki şəxs müəssisəyə layihələrin icrası üçün məsləhət xidməti göstərir. Suallar bunlardır.
- Bu halda müəssisə fiziki şəxsin ezamiyyə, telefon və s. xərclərini ödədikdə bunu xərcinə sala bilərmi? Bu növ xərcləri ödədikdə bu xərclər ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır?
Cavab: Bildiririk ki, müəssisə tərəfindən xidməti müqavilə əsasında ona xidmət göstərən VÖEN təqdim etməyən fiziki şəxsə müqavilənin yerinə yetirilməsindən irəli gələn xərclərin— əvəzinin ödənilməsi məqsədi ilə ödənilən məbləğlər fiziki şəxsin gəliri hesab olunmaqla Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır.
Telegram qrupumuza üzv olun
Müqavilənin icrası ilə əlaqədar müəssisə tərəfindən fiziki şəxsə ödənilən xərclər, o cümlədən də sorğunuda qeyd xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda müəssisənin vergi tutulan gəlirindən çıxıla bilər. Əlavə olaraq xatırladırıq ki, göstərilmiş xidmətlərin haqqını ödəyən aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir.
Mənbə: taxes.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
