» » » Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb

Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb

posted in: Xəbər | 0
birbank biznes

idxal gömrükBu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal-gömrük rüsumları qüvvəyə minib.

Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal-gömrük rüsumundan azad edilib.


Telegram qrupumuza üzv olun

Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.