» » » Ölkədən kənar əməliyyatlar üzrə gəlir və xərclər hansı sənədlərlə tanınmalıdır?

Ölkədən kənar əməliyyatlar üzrə gəlir və xərclər hansı sənədlərlə tanınmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

gəlirSual: Firma Rusiyadan malı alır və İrana satır. Həmin mallar Azərbaycan sərhədlərindən daxil olmadan birbaşa İrana gedir. Bu halda, işlər Azərbaycandan kənarda həyata keçirilir. Həyata keçirilmiş işlərə görə Azərbaycanda olan şirkət satılmış malların haqqını Azərbaycandakı cari bank hesabına alır. Bir sözlə, işlər Azərbaycandan kənarda həyata keçirilir, amma vəsait Azərbaycandakı bank hesabı vasitəsilə alınır. Vergi orqanları xaricdə həyata keçirilən mal alışlarını (Azərbaycana gəlmədiyi üçün gömrükdən keçmir və maya dəyəri formalaşmır) sonradan satılan malların maya dəyəri kimi necə əks etdirə bilər?

Yəni, vergi orqanına hesabat təqdim edərkən hesabına daxil olan vəsaitin onun dövriyyəsi olduğunu, amma eyni zamanda, satışın maya dəyərini əks etdirən alışların xaricdə olduğunu hansı yollarla, hansı sənədləşmə ilə çatdıra bilər?

Bax: Dondurulmalı və alınmalı sərəncamlar hansı ardıcıllıqla ödənilməlidir?

Vergi orqanı hansı sənədləşmələr olduğu halda xaricdə alınıb və xaricdə satılan malların alış xərclərini tanıyır?

Bu proseslər zamanı hansı vergi öhdəlikləri formalaşır?

Cavab: Rezident hüquqi şəxs tərəfindən Rusiyadan alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə İran İslam Respublikasına satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Bax: İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

Eyni zamanda malların bir ölkədən Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə daşınması zamanı rezident hüquqi şəxslə qeyri-rezident daşıma şirkətləri arasında müqavilə bağlandığı halda qeyri-rezidentin beynəlxalq daşımalar üzrə xidmətlərdən əldə etdiyi gəlirləri ödəmə mənbəyində 6 faiz dərəcə ilə cəlb edilir.

Bunlarla yanaşı malların alğı-satqısını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü87-ci98-ci101-ci102-ci103-cü104-cü159-cu166-cı168-ci175-ci maddələri və Azərbaycan Respublikasının Nağdsız hesablaşmalar haqqında 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu ilə tənzimlənir.

Bax: Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.