» » » 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

posted in: Excel, Xəbər | 0
birbank biznes

əmək haqqı hesablanmasıNet-dən Gross-a əmək haqqı hesablanması


Mühasiblərin daim rastlaşdıqları problemlərdən biri olan Net-dən Gross-a və Grossdan Net-ə əmək haqqı hesablanması-nın öhdəsindən artıq olduqca sadə bir yolla gəlmək mümkündür. Aşağıda verilən Net-dən Gross-a əmək haqqı hesablanması cədvəlini linkə daxil olaraq yükləyə bilərsiniz.
2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli (978 downloads )

2019-cu ilin gəlişinə çox az bir müddət qalmış qanunvericiliyə ediləcək dəyişikliklər, o cümlədən əmək haqqına təsiri hiss olunacaq yeniliklər hər ötən gün daha da maraqla izlənməkdədir.

Yeni dəyişiklikləri nəzərə alaraq işçi əvvəlcə hansı kateqoriyaya aid edildiyini müəyyən etməli olacaq.

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (bu fəaliyyət sahələri hazırda müəyyən edilmədiyi üçün yeni maddələr qüvvəyə mindiyi təqdirdə həmin sahələr də ayrıca qaydada müəyyən ediləcəkdir) işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi hesablanacaqdır:

2019-cu ildən 7 il müddətinə

  1. əmək haqqı (gross, müqavilədə göstərilən, tutulmalar şamil edilməmiş baza) məbləği 8000 AZN-dək olan şəxslər gəlir vergisindən azad edilir.
  2. 8000 AZN-dən çox olan əmək haqqının artıq hissəsi 14% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək.

Buna uyğun olaraq şəxsin əmək haqqı 8100 AZN olarsa, onda onun əmək haqqından yalnız 14 AZN gəlir vergisinə görə tutulacaq.

Ümumiyyətlə isə hər bir işçiyə tətbiq ediləcək olan yenilik isə ondan ibarətdir ki, artıq ölkə üzrə müəyyən edilən yaşayış minimumu deyil, sabit məbləğ əmək haqqından çıxılacaq.

2019-cu ildən etibarən əmək haqqı məbləği nəzərə alınmaqla sosial sığorta haqqı iki cür hesablanacaq.

  1. 200 AZN-dək əmək haqqı alan şəxslərin əmək haqqından əvvəlki kimi 3% dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Əmək haqqının 22% məbləğində isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödəniləcək.
  2. 200 AZN-dən yuxarı əmək haqqı alan şəxslərin əmək haqqından 200 AZN-dək hissəyə görə 6 manat (200 AZN-in 3%-i), 200 AZN-dən yuxarı məbləğin isə 10%-i sosial sığorta haqqına tutulacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.