» » » Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (4-cü addım)

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (4-cü addım)

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım

4-cü addım (3-cü addımı buradan oxuya bilərsiniz)

Aktivlər və passivlərin (və ya öhdəliklərin) nə olduğunu bilmək çox vacibdir.

İstənilən müəssisə və ya istənilən təsərrüfat subyektini götürün və onun hazırki maliyyə vəziyyətinə baxaq. Görəcəyik ki, həmin müəssisənin və ya təsərrüfat subyektinin sərmayəsini bunlar təşkil edir:

Şəxsi kapital (şəxsi üzvlük haqqı, təsisçilərin sərmayəsi, şəxsi pay);

Cəlb edilən kapital (kredit borcu, istiqraz, bank krediti və digər borclar).

Müəssisənin iqtisadi resursları aktivlər adlanır, hansı ki onların hesabına müəssisə yaşayır.

Kredit borcları isə öhdəliklər və ya passivlər adlanır. Bundan belə çıxır ki, aktivlər öhdəliklərdən və şəxsi sərmayədən təşkil olunub.

Aktiv = Öhdəlik + Şəxsi kapital

Aktiv – bu müəssisənin vəsaitləridir, passiv isə – bu vəsaitlərin mənbəyidir. Və hər iki hissə hökmən, həmişə bir-birinə bərabər olur, çünki bir hissə digər hissənin mənbəyi hesab olunur. Aktivlərsiz öhdəliklər mövcud olmadığı kimi, öhdəliklərsiz də aktivlər olmur. Bax, elə bu balans bərabərliyidir.

Bu anlayışlar mühasiblər, iqtisadçılar və maliyyəçilər üçün əsasdır. Əgər bunu mənimsəyə  və öyrənə bilməsəniz, onda sonrakı mərhələni də öyrənə bilməyəcəksiniz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published.