Təsisçi vəfat edərsə MMC-nin ləğvi necə həyata keçirilir?
Sual: Uzun müddət (altı il) fəaliyyəti dayandırılmış MMC-nin təsisçisi vəfat edərsə MMC-nin ləğvi necə həyata keçirilir?
Cavab: Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.
Eyni zamanda bildiririk ki, fəaliyyətini dayandırmış vergi ödəyicisinin ləğv olunması hüquqi şəxslərin ləğv olunmasının ümumi qaydasında həyata keçirilir.
Hüquqi şəxsin ləğvi proseduru haqqında məlumatla keçidə daxil olmaqla tanış ola bilərsiniz.
Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?
Bax: Vergi Məcəlləsinin 145-ci (hüquqi şəxsin ləğv edilməsi) maddəsi, Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu
Mənbə: taxes.gov.az