» » » Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

posted in: Xəbər | 0
birbank biznes

mədən vergisi , Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun