» » » Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması

Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0
birbank biznes

sadələşdirilmiş vergi, ictimai iaşə,Pandemiyadan miras qalan davranışlardan biri də yeməklərin evə, ofisə sifariş edilməsidir. Bəs bu zaman xidmətlər neçə rəsmiləşdirilir? Nəzarət-kassa aparatı çeki kimin adından təqdim edilməlidir – restoranın, yoxsa vasitəçi (kuryer) şirkətin? Suallara “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.

Son dövrlərdə ayrı-ayrı çatdırılma (kuryer) şirkətləri (“Wolt”, “Bolt” və s.) vasitəsilə kafe və restoranlardan yemək sifarişi geniş yayılıb. Bu zaman vergi qanunvericiliyi baxımından müştərilərə nəzarət-kassa aparatı çekinin təqdim edilməsi ilə bağlı suallar və fikir ayrılığı yaranır. Müştəri tərəfindən ödəniş mobil telefon və ya kompüterlə, plastik kartla edilir və ya çatdırılma şirkətinə qapıda nağd şəkildə verilir. Toplanmış vəsait isə kuryer şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin bank hesabına köçürülür.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatı tətbiq etmək ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifələrinə aiddir. Yəni bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri yeməklərin və s. təqdim edilməsinə görə nəzarət-kassa aparatı çeki verməlidirlər. Burada suallar ortaya çıxır:

– kuryer şirkəti tərəfindən bank vasitəsilə köçürülən məbləğlər nəzərə alınarsa, nəzarət-kassa aparatına mədaxil olunan məbləğlər satış dövriyyəsində təkrarlanacaqmı?

– bu zaman ikiqat vergitutma halının yaranmaması üçün hansı addımlar atılmalıdır?

Yuxarıda qeyd edildiyi kimi, nəzarət-kassa aparatı tətbiq edilməsi ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifəsi olduğundan müştərilərə göndərilən yeməklərə görə çek verilməlidir. Bu həm də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələbləri baxımından vacibdir.
Əməliyyatların ikiqat vergiyə cəlb edilməməsi baxımından vergi ödəyicilərinə hesabat dövrləri üzrə təkrarlanan dövriyyələr barədə vergi orqanlarına məlumat verilməsi vacibdir. Eyni zamanda, bu cür əməliyyatlar üzrə çatdırılma şirkətlərinə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsində göstərilən “Malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” növündə elektron qaimə-faktura təqdim edilməsi tövsiyə olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun