Karl MarksMəşhur alman filosofu və iqtisadçısı ilk növbədə kommunist ideologiyasının banilərindən biri kimi tanınır, lakin, onun müasir əmək qanunvericiliyinə də böyük təsir göstərdiyini az adam bilir.

İndi belə hesab edilir ki, Marksın inqilabi nəzəriyyələri çox ağır nəticələrə gətirib çıxarmışdır. Onun fikirləri çoxsaylı sosial eksperimentlər üçün əsas olmuşdur.

Onun nəzəriyyələri totalitarizm, azadlıqların məhdudlaşdırılması və kütləvi qətllər ilə assosiasiya olunmağa başladıqdan sonra, Marksın şəxsiyyətinin qızğın fikir ayrılıqlarına səbəb olması heç də təəccüblü deyil.

Lakin, alman filosofunun başqa, daha çox insanpərvər siması da var ki, onun bəzi ideyaları dünyanı yaxşılığa doğru dəyişib.

İndi Marksın bəzi şeyləri dəqiqliklə proqnozlaşdırdığı aydın olub: belə ki, kiçik, çox zəngin bir qrupun dünya iqtisadiyyatını idarə edəcəyini, kapitalist sisteminin qeyri-sabit olacağını və dövrü maliyyə böhranları ilə bizi  qorxudacağını və sənayeləşmənin isə insanlar arasındakı münasibətləri yaxşılaşdıracağını.

Marksın irsi bizim həyatımızda, hətta XXI əsrdə də hiss olunur. Alman filosofu əsərlərində nələri müəyyən edib?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun