» » » Bruney Sultanlığı haqqında maraqlı məlumatlar (2-ci hissə)

Bruney Sultanlığı haqqında maraqlı məlumatlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

BruneyBruney Sultanlığı haqqında maraqlı məlumatlar

2-ci hissə

Tibbi xidmət və təhsil ölkədə tamamilə pulsuzdur. Bundan əlavə, əgər vətəndaşlardan kimlərsə Harvard və ya Oxford universitetlərində təhsil almaq istəsələr, dövlət onların bütün təhsil xərclərini qarşılamağa hazırdır. Yeri gəlmişkən, bu arzuda olanlar elə də çox deyil. Səbəbinə gəldikdə, axı, təhsil nələrinə lazımdır, onsuz da hər şeyləri var…

Bruneydə kişilərdən yalnız bir tələb var – çoxlu həyat yoldaşına malik olmaq. Bruney müsəlman ölkəsidir və şəriət qanunlarına burada ciddi əməl olunur. Buna xüsusi yaradılmış dini işlər nazirliyi nəzarət edir. Bəzi şeylər və hərəkətlər qadağan (haram) edilib, bir sıra şeylər də təşviq olunmur (məkruh), yerdə qalanlar halal hesab olunur və aktiv şəkildə dəstəklənir. Yerli sakinlər demək olar ki, siqaret çəkmirlər və alkoqollu içkilər isə ümumiyyətlə, qəbul edilmir. Bruneydə spirtli içkilər satılan mağazalar da yoxdur.

Çoxarvadlılıq Bruneydə dəstəklənməkdədir. Mollalar yerli kişiləri ikinci və üçüncü həyat yoldaşı almağa təşviq edirlər. Axı, ölkədə yaşları kritik həddə çatan qızların sayı az deyil, bəylərin sayı isə çox azdır. Ümumilikdə, əksər islam ölkələrindən fərqli olaraq, Bruneydə qadınlara daha çox azadlıq verilib. Burada mayka və ya mini-ətəkdə olan qızlara rast gələ bilməzsən, amma avropasayağı paltar geyinməyə icazə verilir. Yerli qızlar avtomobil sürür, polisdə çalışır və ictimai həyatda fəal iştirak edirlər.

Narkotik vasitə ticarətçilərini onların zəhərlədikləri insanları taleləri, yəni, ölüm gözləyir. Elə bu səbəbdən də narkotik ticarətçiləri bu ölkədən yan gəzirlər, çünki bir saat ərzində o dünyalıq ola bilərsən. Ağ ölüm ticarətçiləri anındaca edam edilirlər.

Və onu da demək lazımdır ki, Bruneydə sultana münasibət çox yüksəkdir, ona hörmət edir, həyata keçirdiyi bütün işlərini həmişə bəyənirlər. Yeri gəlmişkən, bir çoxları bunu səmimiyyətlə edirlər.

Uğurlu il

Xoşbəxtlik quşu ölkənin başına bir anda qonub… 1929-cu ildə Bruneydə zəngin neft və qaz yataqları aşkar olundu. Bu gün mavi yanacaq və qara qızıl, eləcə də onların törəmələri ölkə ixracının 90 faizini təşkil edir. Sultanlığın təbii sərvətlərinin əsas istehlakçısı Yaponiyadır. Karbohidrogenlərin ixracı sayəsində bu kiçik ölkənin valyuta ehtiyatları hazırda 35 milyard ABŞ dollarına bərabərdir.


Telegram qrupumuza üzv olun


Sənayə və kənd təsərrüfatını burada yalnız hobbi adlandırmaq olar, çünki onların ölkə iqtisadiyyatında rolu çox cüzidir. Mümkündür ki, istənilən balaca dövlət böyük və əhəmiyyətli bir ölkə olmağı arzu edir, o səbəbdən ölkələrinə uzun və təmtəraqlı adlar verirlər. Beləliklə, Bruneydə Dərüssalamda (ölkənin rəsmi adı belədir) paytaxt Bandar Səri Bəgavan adlanır. Bruney əhalisinin üçdə bir hissəsi burada yaşayır. Ölkənin ən yaxşı mağaza və otelləri məhz, burada yerləşir.

Yeri gəlmişkən, planetin ən bahalı oteli – Empire da paytaxtda yerləşir. Həmin otel bir il ərzində tikilib və demək olar ki, 3 milyard dollara başa gəlib. Otelin şəraiti ilə bağlı heç nəyə qənaət olunmayıb desək, yanılmarıq. Bütün santexnika, qab-qacaq, qapı və pəncərə tutacaqları, hətta kondinsionerlərin düymələri belə qiymətli metallardan düzəldilib! Dünyanın ən böyük hovuzlarından biri də elə bu otelin ərazisində düzəldilib. 11 min kv.metrlik səhəsi olan hovuz dəniz suyu ilə doldurulub!

 

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.