Sahil Babayev: “Plandan artıq vergi yığımlarına dair mexanizmdən istifadə olunur”

posted in: Xəbər | 0

Azərbaycanın regionlarında plandan artıq vergi yığımları şəhər və rayonların xərclərini ödəməyə böyük ölçüdə kifayət edir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

“Artıq yığımların şəhər və rayonların ehtiyacları üçün istifadə olunması məsələsinə gəlincə, bununla bağlı mexanizmdən artıq istifadə olunur. Hər il planımızda müəyyən edilmiş vergilərdən artıq yığılan vəsaitin 50 %-i həmin şəhər və rayonun ehtiyacları üçün onların xərcləri bölməsinə daxil edilir. Bu vəsaitlər həm sosial müdafiə, həm rayon ərazisində yaşayan az təminatlı ailələrə dəstəyi müəyyən edir. Gələn ilin dövlət büdcəsində bu istiqamətdə proqnoz 100 milyon manatdır. Yəni rayonlarımız bu mexanizmdən aktiv istifadə edirlər və növbəti ildə də istifadə edəcəklər”, – deyə o qeyd edib.

Mənbə: report.az

Ezamiyyə normasında kiçik dəyişiklik edilib

Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib

posted in: Xəbər | 0

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14%-dən 10%-ə endirilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib.

“Artıq kirayə bazarlarında iki istiqamətdə tədbir nəzərdə tutulub. Birincisi, vətəndaşların özü vergi uçotuna durmaq istəmir, ancaq gəlirlərindən vergi vermək istəyir. Qanunda şərait yaradılır ki, özləri agent təyin etsinlər, vergilərini bu agentlər vasitəsi ilə yerinə yetirsinlər. İkinci addım isə məhz kirayə gəlirləri üzrə vergi dərəcəsinin azaldılması ilə bağlıdır. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, – deyə Nicat İmanov bildirib.

Mənbə: apa.az

1 Noyabr 2025-ci il tarixinə vergi ödəyicilərinin sayı məlum olub

Ezamiyyə normasında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək. Nazirlər Kabineti bu barədə qərar verib.

COP30 tədbirləri çərçivəsində 2025-ci il ərzində Belem şəhərinə ezam olunarkən ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə də ödəniləcək.

Mənbə: apa.az

1 Noyabr 2025-ci il tarixinə vergi ödəyicilərinin sayı məlum olub

1 Noyabr 2025-ci il tarixinə vergi ödəyicilərinin sayı məlum olub

posted in: Xəbər | 0

2025-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.660.182 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 7,0 faiz artıb.

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 2024-cü ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 202.088 vahid təşkil edib. 2025-ci ilin yanvar – oktyabr aylarında 12.042 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 faiz təşkil edib.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ üzrə yeni qaydalar

 

1 94 95 96 97 98 99 100 2. 382